"İmperator"un "Qalatasaray" qarşısında 5 ağır şərti..

İDMAN
05:41 07.03.2011
2035


Klubun idman direktoru Adnan Sezginin ardından hazırkı rumıniyalı baş məşqçi Georgi Hacı ilə də yollarını ayırmaq fikrində olan "Qalatasaray"ın prezidenti Terimlə son 3 gündə 2 dəfə görüşüb və tərəflər prinsipial anlaşıb. 

Polat Terimin istəmədiyi Sezginlə yolları ayırdıqdan sonra təcrübəli mütəxəssisdən şərtlərini soruşub. Terim ilk olaraq "Komandanın başında bir məşqçi olarkən, bu mövzunu danışmaq doğru olmaz. Evimə gəldiniz, qəhvəmi içdiniz və sadəcə, söhbət edək" bildirib. Polat israrla deyib ki, "Qalatasaray"ın təcili sənə ehtiyacı var, indi danışmalıyıq. Bundan sonra Terim ağır şərtlərini irəli sürüb və Polat bunların hamısını qəbul edəndən sonra qayıdış reallaşacaq. Həmin 5 şərt isə bunlardır: 

1. Futbolun tək söz sahibi mən olacağam. 

2. Çox yaxşı heyət üçün ən azı 50 milyon avroluq transfer büdcəsi istəyirəm. 

3. İndiki zəif heyətdən 6 futbolçu qalır, qalanlarını göndərirəm. 

4. 8 yeni legioner almağım şərtdir. 

5. Məşq meydançasında, idman sahəsində bir rəhbər belə görmək istəmirəm. 

Qeyd edək ki, Terim ən böyük uğuru - 2000-ci ildə UEFA kubokunu qazandırdığı "Qalatasaray"ın cari mövsümdə hollandiyalı Frank Raykaardı istefaya göndərəndən sonra baş məşqi postuna qayıtmaq təklifini qəbul etmədi.

 

OXŞAR XƏBƏRLƏR