65 nömrəli avtobusda təhlükəli anlar - Qapısı açıq qaldı - VİDEO

SOSİAL
13:00 12.02.2025
179
Ötən gün "Xalid Faiqoğlu" MMC-yə məxsus 65 saylı sərnişin avtobusunda texniki nasazlıq baş verib.
 
Belə ki, Azneft dairəsi istiqamətində hərəkət edən avtobusun arxa qapıları nasazlıq səbəbindən açıq qalıb.  

Şirkətdən AZXEBER.COM-a verilən açıqlamaya görə nasazlıq baş verən avtobus xətdən çıxarılaraq texniki xidmət mərkəzinə göndərilib:
 
"Dünən şirkətimizə məxsus olan elektrik növlü "Golden Dragon" markalı avtobusda qısamüddətli texniki problem yaranıb və arxa qapı öz-özünə olaraq açılıb-bağlanıb. Avtobus dərhal xətdən çıxarılaraq texniki xidmət mərkəzinə göndərilib. Yaranmış nasazlıq qısa vaxtda aradan qaldırılaraq nəqliyyat vasitəsinin təyin edilmiş xətt üzrə hərəkəti təmin edilib".
 
Həmin görüntüləri təqdim edirik:
 
Günel 

OXŞAR XƏBƏRLƏR