ABŞ-də təyyarə qəzasında ölənlərin sayı açıqlandı

ABŞ-də təyyarə qəzasında ölənlərin sayı açıqlandı
DÜNYA
01:53 02.11.2026
196
ABŞ-də Florida ştatının Qrinakres şəhərində "Learjet" biznes-jetinin qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub.

AZXEBERŞCOM xəbər verir ki, bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi "X" sosial şəbəkəsində yazıb.

Nazirin sözlərinə görə, təyyarə Texas ştatının Ostin şəhərindən havaya qalxaraq Baham adalarına istiqamət alıb. Göyərtədə olan 9 nəfərin hamısı həlak olub.

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) Nəqliyyat Nazirliyi ilə birgə aviaqəzanın səbəblərini araşdırır.

Bununla yanaşı, hadisə zamanı yerdə olan şəxslər arasında ölən və ya xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat yoxdur.
OXŞAR XƏBƏRLƏR