AccessBank 2022-ci ilin ikinci rübünün maliyyə hesabatını açıqladı

AccessBank 2022-ci ilin ikinci rübünün maliyyə hesabatını açıqladı
İQTİSADİYYAT
16:15 22.07.2022
511

Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2022-ci ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

Ətraflı məlumat əldə etmək üçün: https://www.accessbank.az/az/our-bank/in-figures/

İkinci rübün sonuna bankın aktivləri 1 milyard manata çatıb. 

Həmin dövrdə bankın xalis kredit portfeli 674.2 milyon təşkil edib. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üzrə ehtiyatlar nəzərə alınmadan, Bankın portfeli 712.5 milyon manat təşkil edib. İkinci rüb ərzində Bankın balansındakı xalis kredit portfelinin payı 64.0%-dən 67%-dək artıb.

Bundan başqa, 2022-ci ilin ikinci rübü ərzində AccessBank 205.2 milyon manat məbləğində kredit verib. Kredit portfelinin artımı ilin ilk rübü ilə müqayisədə 45.6 milyon təşkil edib. Bank tərəfindən verilən aylıq kreditlərin 50%-dən çoxu bölgə filiallarının payına düşüb və bütün mikrokreditlərin təxminən 40%-i kənd təsərrüfatı sektoruna verilib.

Bankın depozit portfeli son yarım ildə 13% artıb və 779.6 milyon manat təşkil edib.

Habelə, ilk yarımillik dövr ərzində bankın xalis faiz gəlirləri 37.2 milyon manata bərabər olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48% artım deməkdir.

Bankın 2022-ci ilin iki rübü ərzində əməliyyat mənfəəti 7.0 milyon manat olub. Halbuki ötən ilin eyni dövründə bu göstərici -1.4 milyon manat təşkil edirdi.

2022-ci ilin ikinci rübündə bankın xalis mənfəəti 1, 037.0 min manat, yarımillik üzrə 1,839.75 min manat təşkil edib.

Hazırda Bankın cəmi məcmu kapitalı 83.7 milyon manat təşkil edir ki, bu da minimum məcmu kapital normasından (50 milyon manat) 33.7 milyon manat çoxdur.

İyun ayının sonuna bankın ani likvidlik əmsalı 75.3% təşkil edib. Bu isə normadan (30%) təxminən 2.5 dəfə yüksəkdir.

"AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (FacebookInstagramLinkedIn) hesablarına daxil olmaq olar.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb