ADB prezidenti: Azərbaycanın regional mərkəzə çevrilməsinə dəstək verəcəyik

ADB prezidenti: Azərbaycanın regional mərkəzə çevrilməsinə dəstək verəcəyik
SİYASƏT
12:25 15.11.2025
138
Asiya İnkişaf Bankının (ADB) prezidenti Masato Kanda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüşdə ADB-nin Azərbaycanın inkişaf prioritetlərinə strateji dəstəyi, ölkənin Mərkəzi Asiya və Avropanı birləşdirən nəqliyyat, ticarət və enerji mərkəzinə çevrilməsi istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.

AZXEBER.COM "APA-Economics”ə istinadən xəbər verir ki, ADB rəhbəri yeni Ölkə Tərəfdaşlıq Strategiyası (2025–2029) çərçivəsində bank Azərbaycanın inkişaf hədəflərinə dəstək üçün 2,5 mlrd. ABŞ dollarına qədər investisiya yatırmağı planlaşdırdığını bildirib. Onun sözlərinə görə, ADB ağıllı mobillik infrastrukturu, bərpaolunan enerji, rəqəmsallaşma və insan kapitalının inkişafı sahələrində hökumət və özəl sektorla birgə mühüm layihələr həyata keçirir.

Məlumata görə, ADB Azərbaycanın ixrac çeşidinin şaxələndirilməsi və yeni bazarlara çıxışın genişləndirilməsi üçün yaşıl və səmərəli infrastrukturun qurulmasına dəstək verir. CAREC 2-ci Dəhliz (Orta Dəhliz) və Transxəzər Yaşıl Dəhliz kimi layihələr regionda əlaqəliliyin artırılması, ticarətin asanlaşdırılması və Mərkəzi Asiyadan Avropaya bərpaolunan enerji resurslarının daşınmasına imkan yaradacaq. Region daxilində rəqəmsal ticarətin də genişlənəcəyi gözlənilir.

Masato Kanda səfər çərçivəsində Baş nazir Əli Əsədov, maliyyə naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə də görüşərək əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib.

ADB rəhbəri, həmçinin Bakı Metropoliteninin genişləndirilməsi layihəsi üzrə yeni metro stansiyası sahəsinə baxış keçirib, eləcə də bank tərəfindən maliyyələşdirilən müasir anbar kompleksində olub. Bu kompleks ərzağa çıxış imkanlarının və təhlükəsizliyin artırılmasına töhfə verib. Kanda davamlı kənd təsərrüfatı təcrübələrini öyrənən kiçik fermerlərlə də görüşüb.

Qeyd edilib ki, ADB 1999-cu ildən bəri Azərbaycana nəqliyyat, enerji, kənd təsərrüfatı, səhiyyə, ticarət və fəlakət risklərinin azaldılması daxil olmaqla sahələrdə ümumilikdə 5,5 mlrd. ABŞ dolları həcmində maliyyələşdirmə və texniki yardım göstərib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
13:22 05.11.2026
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
13:19 05.11.2026
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Leysan, şimşək, dolu - Sabahın havası
13:14 05.11.2026
Leysan, şimşək, dolu - Sabahın havası
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
12:59 05.11.2026
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər