Alidə Mustafayeva: İşimi heç vaxt şəxsi həyatıma qurban vermərəm - VİDEOMÜSAHİBƏ

MÜSAHİBƏ
12:36 13.09.2019
26666

AZXEBER.COM-un müsahibi tanınmış teleaparıcı Alidə Mustafayevadır. 


- Yeni mövsümə sayılı günlər qalır. Tamaşaçıları hansı yeniliklər gözləyir?

- Yeni mövsümdən mənim üçün dəyişilməz olaraq xəbərlər olacaq. "Diqqət mərkəzi" və "Diqqət mərkəziyekun" verilişi olacaq. Bu layihə Qafqazın ən böyük layihəsidir. 200 nəfərdən çox auditoriya, 24 nəfər ekspertin iştirakı ilə 3 hissədən ibarət veriliş olacaq. Ayın 15-dən sonra başlayacağıq. İctimai TV bu mövsüm çox maraqlı olacaq.

 


- Alidə xanım ilk olaraq, televiziyaya gəlişinizdən danışardıq...

- Televiziyaya gəlişim 2009-cu ilin dekabr ayına təsadüf edir. ATV-də alt yazılarda elan gördüm ki, televiziyaya aparıcı, müxbir və prodüser axtarılır. Gənclərdən ibarət komanda yığılır. Hava çox yağışlı idi, ora bacımla gedəcəkdim, gördüm ki, onu oyada bilmirəm. Gücümü toplayıb, getdim. Ümidlərim çox idi. Böyük bir kütlənin arasından 12, daha sonra isə 4 nəfər seçildir. Onlardan biri də mən oldum. O seçimdən keçən aparıcıların ikisi hazırda televiziyada çalışır. Biri mənəm biri də Fərid Rəsul. İlk dəfə televiyaya gələndə ağlımda xəbərləri tutmuşdum. Ancaq seçimi aparan Elçin Əlibəyli şou verilişlərə aparıcıların lazım olduğunu bildirdi. 2 gündən sonra dedilər ki, salamlaşma yazıb gətirin dedilər. Digər uşaqlar məndən fərqli salamlaşma hazırlamışdılar. Amma mən xəbərlərin salamlaşmasını hazırlamışdım. Bir neçə ay tarixi binaların yaranması ilə bağlı rubrikalar apardıqdan sonra radio xəbərlərinə keçdim. 2010-cı ilin iyun ayında ilk xəbər efirim oldu.

- Bəs televiziyadakı təcrübə müddətinizi necə xatırlayırsız?

- Təcrübəçi kimi nə az, nə çox düz 9 ay çalışmışam. Məncə bu dünyanın heç bir yerində yoxdur. Ancaq işə qəbul olunandan 1 həftə sonra efirə çıxdım. Sadəcə fikirləşirdim ki, gözdən yayınmışam, 9 aydan sonra rəsmi işçi kimi rəsmiləşdirdilər.
 

 

- İndiyə kimi bir neçə televiziyada xəbərlərin aparıcısı olmusuz. Hansı TV sizə daha çox doğmadır?

- Mən düşünürəm ki, universiteti bitirmiş bir gənc üçün televiziyada işə düzəlmək və xəbər aparıcısı olmaq böyük uğurdu. Ona görə də ilk uğuru mən "Azad Azərbaycan” televiziyasında qazanmışam. Sən uğur qazandıqca daha sonra o sənin arxanca gəlir. ATV-də qazandığım uğurun indi bəhrəsini görürəm.

 

- Xəbərlər və tok şou zaman alan layihələrdir. Bəs şəxsi həyatınıza zaman ayıra bilirsiz?

- Əslində insanlar istəsə hər şeyə vaxt tapa bilər.Ona görə də iş, şəxsi və ailə həyatıma lazımı qədər vaxt ayıra bilirəm.

- Peşəkar xəbər aparıcılarından birisiz. Digər həmkarlarınızın xəbərləri oxumasını bəyənirsiz?

- Əslində xəbər aparıcısı olmadığım dövrdə bəyəndiyim aparıcılar var idi. Özüm televiziyaya gəlib xırdalıqları biləndən sonra anladım ki,o aparıcılarda hər şey doğru deyil. Artıq o xırdalıqları gördükdən sonra anladım ki, mən həmin aparıcını sadəcə görünüş olaraq bəyənmişəm. Xəbər aparıcıların əksəriyyəti mənim dostlarımdı, ona görə həmişə bu sualdan yayınmaq istəmişəm (gülür).

 

 

 

- Sizcə xəbər aparıcı olmaq üçün ali təhsil nə qədər önəm daşıyır?

- Mən Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və Avropaşünaslıq fakültəsinin Amerikanşünaslıq ixtisasını bitirmişəm. Diplomatik sahə üzrə təhsil alsam da arzum hər zaman jurnalist olmaq olub. Təhsilim fərqli olsa da yenə də istəyimə nail ola bildim. Düşünmürəm ki, kiminsə aparıcı olması üçün ali təhsil önəmli olsun. Mən bunu bacarığa bağlayıram. Səlis nitqin və danışığın yaxşıdırsa, niyə də yox, Başqa sahəni bitirib də işləmək olar. 

- Sosial şəbəkələrdə aktiv olan məşhurlardansız. Ən çox hansı mövzuda yazırlar?

- Sosial şəbəkədə müxtəlif sahələrdən olan insanlar yazır. Ən çox qəbul etdiyim və bəyəndiyim təriflər xanımların mənə yazdığı təriflərdir. Onlar da çoxdur. Vaxt olduğum müddətcə verilən sualları cavablandırıram.

 

 

 

- Hər kəs sizin xarici görünüşünüzdən və baxımlı olmağınızdan danışır. Bəzən düşünürlər ki, bu qədər baxımlı xanım bütün günü salonlarda olur...

- Əslində deməzdim ki, bütün günü salonlara gedirəm. Bir çox prosedurlar var ki, onları evdə özüm edirəm. Yalnız toy və özəl günlərdə salonlara üz tuturam. Hətta efirdə qrim ustamız olmayanda belə özüm edirəm. Elə bu gün də özüm etmişəm. Müəyyən şeylər var ki, özüm–özümə qulluq edirəm.

- Şəhərdə insanlar yaxınlaşıb nə deyirlər?

- İnsanlar görəndə yaxınlaşıb, şəkil çəkdirir. Bəzəndə olur şəhərdə görürlər sonra yazırlar ki, sizi gördüm yaxınlaşmağa utandım. Bir neçə dəfə olub ki, yaxınlaşıb, ətirimin adını soruşublar. Hərdən də deyirlər ki, efirdə yaşlı və kilolu görünürsüz.

- Hazırda subaysız. Ailə həyatı qurduqdan sonra efirdən uzaqlaşa bilərsiz?

- İnanmıram ki, ailə həyatı qurduqdan sonra efirlərdən uzaq durum. İşimi şəxsi həyatıma qurban vermərəm. Çünki işimi çox sevirəm.

- İşinizdən istədiyiniz qazanc əldə edə bilirsiz?

- Məni qane edir. Əslində bizim sahə elədir ki, burada aylıq maaş kifayət etməyə bilər. Mən Azərbaycanda keçirilən bir çox oyunlarda aparıcı kimi də iştirak edirəm. Yəni, tək bir işlə məşğul olmuram.

- Ailənizdən heçvaxt danışmırsız. Bir az bu haqda danışaq...

- Ziyalı ailədə böyümüşəm. Anam da, atam da ağalar, bəylər zümrəsindən olan insanlardır.

- Ailənizə çox bağlı insansız. Ailənizin sözü ilə ailə qurarsız?

- İndiyə kimi istəmədiyim heç bir şeyi etməmişəm. Yalnız ürəyimin səsini dinləmişəm.

 

- Sizi yaxından tanımayan insanlar özünüzdən razı olduğunuzu deyir...

- Əslində nədənsə məni tanımayan hər kəs özündən razı, təkəbbürlü bilir. Məncə elə biri deyiləm. Sadəcə məndə qisas almaq hissi var. Əgər səbəbsiz yerə kimsə mənim bostanıma, daş atıbsa görməzdən gəlmərəm. Ona görə mübahisəm düşürsə , qarşımdakı insan üzümə deyə biləcək qədər cürətlidirsə, hər şeyi orda həll edirik. Kin saxlayan insan deyiləm. Bəlkə də sözü üzə deyənəm deyə, kənardan belə görünür.

 

Nazim Qasımzadə

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir