AMEA-da ifşa edilən dil təxribatı: Azərbaycan dilini kim və niyə zədələyir?

AMEA-da ifşa edilən dil təxribatı: Azərbaycan dilini kim və niyə zədələyir?
SİYASƏT
10:46 04.11.2025
604
Əfsələddin Ağalarov

Fransada mədəni inqilab baş verəndə insanlar müharibələrin sona çatacağına inanırdılar. Amma olmadı… 


İnqilabın mahiyyəti dəyişdi, dadı qaçdı, nəticədə bütün monarxiyalar Fransaya müharibə elan etdilər. 

Ümumiyyətlə statistika belədir: 3 min il ərzində insanlıq cəmi 200 ildən az bir dövrdə tamamilə müharibəsiz yaşaya bilib. Hakimiyyət, torpaq, resurs, ideologiya və inanc insanları bir-birinə qırdırıb.
* 
Cənubi Qafqaz, tarixi, etnik və geosiyasi baxımdan böyük dövlətlərin təsir zonasında olduğundan burada klassik müharibələrdən daha çox hibrit savaşları çoxluq təşkil edib. Dini radikalizm və mezhep müharibələri ilə bu regionu bölmək mümkün deyil. Bu regionu bölməyin yeganə yolu ideoloji cəbhədə uğur qazanmaqdan keçir. 

Vətən Müharibəsindən sonra Azərbaycan nə Qərbin, nə də Şərqin ideoloji orbitində tam yer almayaraq öz müstəqilliyini qorumağa çalışdı. Bu yolda ölkə müxtəlif təzyiqlər və informasiya hücumları ilə üzləşdi. Fransa inqilabındakı kimi, müharibəni bitirmək üçün müharibə apardı, amma bu qələbə yeni bir ideoloji müharibənin qapısını araladı.
*
Son günlər Mehdiyev və ətrafının təqdim etdiyi "xəyanət raportları” qazandığımız müharibəyə hazırlanan cavabı idi. Mediadan təhsilə, səhiyyədən hərbiyə qədər yayılan bu xəyanət xəritəsinin sonu görünmür. Bu ifşa həm də böyük bir həqiqəti ifadə edir: Müharibənin bitməsi onun həqiqətən sona çatdığı anlamına gəlmir — o, hər an davam edir.
*
Prezident İlham Əliyevin son günlər baş verən hadisələrin ardından Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyində iştirak etməsi və bu kürsüdən birbaşa bəzi fikirləri səsləndirməsi geniş təhlil tələb edir.

Ölkə başçısı çıxışını Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan ziyalıları və ictimaiyyəti ilə ilk görüşünü AMEA-nın binasında keçirməsini xatırladaraq başlayır. Tarixə nəzər salsaq görərik ki:

- 1993-cü ilin iyununda Heydər Əliyev "beşinci kalon”un silahlı qüvvəsini (Sürət Hüseynov) zərərsizləşdirərək siyasi sabitliyi təmin etmişdi.
- Həmin ilin sentyabr ayında isə Azərbaycan ziyalıları və ictimaiyyət nümayəndələri ilə İLK görüşünü AMEA-da keçirmişdi.

Görüşdə prezidentin "Ana dili” ilə bağlı çağırışı ideoloji təxribatın vurduğu zərərin kiçik nəticəsidir:  

"Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir".

Burada əsas diqqət çəkməli məqam:

- Prezident diaspor və miqrasiya fonunda dilin deformasiya riskinə işarə edir. Məqsəd millətin identikliyini qorumaqdır.

- Burada ehtimal edilən təxribat faktı isə istisna edilməməlidir. 50 milyonluq millətin dilinə yerləşdirilən "minalar" zaman-zaman partlayır və 50 milyonu biri-birindən uzaqlaşdırır. Nəticədə millətin birləşmə əzmi qırılır və açıq hədəfə çevrilir. 

Prezidentin çıxışında elmin praktiki nəticələrini ön plana çıxarması da önəmlidir: 

"Bizim elmimizin nəticələri yalnız elmi əsərlərdə yox, həyatda və iqtisadiyyatda özünü göstərməlidir. Əlaqələndirmə və uzlaşma yüksək səviyyədə olmalıdır.”

Bu, elm sahəsində yenilənməyə çağırışdır. Azərbaycan elmi sayca artıb, amma keyfiyyət, texnologiya və təcrübəyə çevrilmə baxımından hələ ideal vəziyyətə çatmayıb. Tədqiqatların sənaye ilə əlaqələndirilməsi, start-up və innovasiya ekosistemlərinin formalaşması üçün şərait mövcuddur, lakin AMEA bu potensialdan istifadə edə bilmir və ya etmək istəmir.

Ümumilikdə, AMEA-nın 80 illik yubileyi və Prezidentin çıxışı Azərbaycanın həm ideoloji, həm də elmi sahədə güclənməsinin vacibliyini göstərdi. Artıq elmin də qalib Azərbaycan qədər güclü olması zəruridir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
13:22 05.11.2026
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
13:19 05.11.2026
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Leysan, şimşək, dolu - Sabahın havası
13:14 05.11.2026
Leysan, şimşək, dolu - Sabahın havası