Ankarada keçiriləcək NATO sammitinin mövzuları açıqlandı

Ankarada keçiriləcək NATO sammitinin mövzuları açıqlandı
DÜNYA
17:28 05.07.2026
375
Avro-Atlantika üçün təhdid və çağırışlar, Ukrayna və NATO-nun cənub cinahı iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitinin əsas mövzuları sırasında olacaq.

AZXEBER.COM xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran bu barədə "X" sosial şəbəkəsində bildirib.

"Sammitdə hərtərəfli yanaşma konsepsiyası çərçivəsində müdafiə büdcələrinin artırılması barədə qərara uyğun olaraq atılan addımlar, habelə alyansın çəkindirmə və müdafiə sahəsindəki səyləri qiymətləndiriləcək. Həmçinin liderlər səviyyəsində strateji kontekstdə Avro-Atlantik region üçün təhdidlər, risklər və çağırışlar mövzusunda fikir mübadiləsi aparılacaq. Ukraynadakı vəziyyət və NATO-nun cənub cinahındakı son hadisələr müzakirə olunacaq", - deyə Duran qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə müttəfiq ölkələrin dövlət və hökumət başçıları səviyyəsində Şimali Atlantika Şurasının iclası iyulun 8-də keçiriləcək.

Sammitdə ümumilikdə 32 ölkə dövlət və hökumət başçıları səviyyəsində təmsil olunacaq, tədbirə 100-ə yaxın nazir qatılacaq. Təhlükəsizliyin təmin edilməsinə isə 56 000-dən çox hüquq-mühafizə orqanı əməkdaşı cəlb olunub.
OXŞAR XƏBƏRLƏR