Antibiotik niyə ölümə səbəb olur? - Professordan açıqlama

Antibiotik niyə ölümə səbəb olur? - Professordan açıqlama
SAĞLAMLIQ
13:15 16.07.2026
1064
İnsanlar bəzən içdikləri dərman və vurduqları iynələr səbəbindən ölümlə üzləşirlər. Belə ölüm hallarında ən çox rast gəlinən iddialardan biri antibiotiklərlə bağlı olur.

Məsələn, Quba Rayon Mərkəzi Xəstəxanasında faciəvi hadisə baş verib. 5 aylıq hamilə olan gənc qadın vəfat edib. İddialara əsasən, mərhuma antibiotik iynəsi vurulduqdan sonra vəziyyəti qəfil ağırlaşıb.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Professor Adil Qeybulla AZXEBER.COM-a açıqlamasında deyib ki, antibiotiklərə qarşı dəri sınağın özü belə xəstədə anafilaktik şoka səbəb ola bilər:

 

"Təəssüf ki, bu gün müxtəlif dərman preparatlarına, xüsusilə antibiotiklərə qarşı güclü allergik reaksiyalar, o cümlədən anafilaktik şok halları ilə rastlaşırıq və bu hallar artmaqdadır. Belə reaksiyaların əvvəlcədən dəqiq proqnozlaşdırılması çox çətindir. Həkim mütləq xəstədən onun allergik anamnezini soruşmalıdır: əvvəllər hər hansı dərmana qarşı allergik reaksiyası olubmu, hansı preparatlara həssaslığı var və bu barədə mövcud məlumatlar diqqətlə araşdırılmalıdır. Antibiotiklərə qarşı dəri sınağına gəldikdə isə, hazırda dünyanın bir çox ölkəsində bu üsul tətbiq edilmir. Çünki həmin sınağın etibarlılığı təsdiqlənməyib və sınağın özü belə xəstədə anafilaktik şoka səbəb ola bilər. Buna görə də allergiyanı əvvəlcədən müəyyənləşdirən universal bir metod yoxdur”.

O qeyd edib ki, əsas məsələ xəstənin düzgün qiymətləndirilməsidir:

"Əsas məsələ xəstənin düzgün qiymətləndirilməsidir. Onun həyat və xəstəlik tarixçəsində hər hansı allergik reaksiyanın olub-olmaması müəyyən edilməlidir. Əgər belə bir risk mövcuddursa, profilaktik tədbirlər görülməlidir. Belə hallarda xəstəyə əvvəlcədən desensibilizasiya məqsədilə müvafiq preparatlar vurulur, təxminən yarım saat müşahidə altında saxlanılır və yalnız bundan sonra antibiotik və ya digər dərman vasitələri tətbiq edilir”.

Professor vurğulayıb ki, xəstəxanalarda bu cür halların ağır nəticələrinin qarşısını almaq üçün bütün zəruri dərman vasitələri daim əlçatan olmalıdır:

"Xəstəxanalarda bu cür halların ağır nəticələrinin qarşısını almaq üçün bütün zəruri dərman vasitələri daim əlçatan olmalıdır. Xüsusilə prednizolon, deksametazon və digər antiallergik preparatlar, məsələn, difenhidramin (Dimedrol), suprastin, tavegil və analoji vasitələr həkimlərin istifadəsinə hazır vəziyyətdə saxlanılmalıdır. Belə vəziyyətlərdə həmin preparatlar dərhal venadaxili tətbiq edilməli, eyni zamanda infuzion terapiya aparılmalı və anafilaktik şokun aradan qaldırılması üçün bütün təxirəsalınmaz tibbi tədbirlər görülməlidir. Təəssüf ki, allergik reaksiyanın baş verəcəyini yüz faiz əvvəlcədən göstərən hər hansı etibarlı göstərici yoxdur. Lakin xəstənin allergik olduğu məlumdursa və ya bu barədə şübhə varsa, həmin şəxslərə münasibətdə daha diqqətli və ehtiyatlı davranmaq vacibdir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı