06:13 çərşənbə Axşamı, 19 Noyabr 2019
MƏDƏNİYYƏT

“APORİA” - Azərbaycanda dünyaya çıxan yerli film - VIDEO

12:46, 08.11.20196466
“APORİA” - Azərbaycanda dünyaya çıxan yerli film - VIDEO
Azərbaycanda "Aporia” filminin təqdimat mərasimi keçiriləcək.

AZXEBER.COM-un məlumatına görə, senarisi və ekran işi tanınmış rejissor Rec Rəvana aid olan film ilk dəfə iyulun 22-də Türkiyədə təqdim edilərək, böyük uğur qazanıb.

Noyabrın 22-dən etibarən film Azərbaycanda "Park cinema” kinoteatrlar şəbəkəsində, eyni zamanda Amerikada nümayiş etdiriləcək.

Triller və aksiyon janrda olan, cəsarətli səhnələri ilə diqqət çəkən film, hətta dünyada məşhur "Amazon” platformasında da nümayiş olunacaq. Film ilk dəfə olaraq, Azərbaycanda həm azərbaycanca, həm türkcə, həm də ingiliscə yayımlanacaq.

Qeyd edək ki, filmi "Sultansoy”, "BDAmerika”, "Canmedia”, "DFGS” şirkətləri istehsal edib.
 

XƏBƏR LENTİ