Artıq qonşularımız da 4 günlük iş rejiminə keçir... - Azərbaycanda bu nə vaxt baş verə bilər?

Artıq qonşularımız da 4 günlük iş rejiminə keçir... - Azərbaycanda bu nə vaxt baş verə bilər?
SOSİAL
15:25 19.06.2023
1570
Son zamanlar dünyada 4 günlük iş rejiminə keçid bir çox ölkələrin müzakirə mövzusuna çevrilib. Ekspertlərin sözlərinə görə, iş vaxtının müddətinin azaldılması işçilərin daha məsuliyyətli olmasına, iş keyfiyyətinin artmasına səbəb olur. 

4 günlük iş rejimi İspaniya, Belçika, İslandiya, Böyük Britaniya, Hollandiya, İsveç, Almaniya, Danimarka, Finlandiya, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, ABŞ və Avstraliya kimi ölkələrdə tətbiq edilir.

Həmçinin, Qazaxıstan parlamenti də 4 günlük iş həftəsinə keçidlə bağlı qanun qəbul edib. İyulun 1-dən etibarən Qazaxıstanda dördgünlük iş həftəsi tətbiq ediləcək. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bununla bağlı Əmək Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.

Rusiya, Türkiyə ,Gürcüstanda da 4 günlük iş rejiminə keçidlə bağlı məsələlər müzakirə mövzusudur.

Bəs, ölkəmizdə dördgünlük iş rejiminə keçid mümkündürmü?
 

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisin deputatı Elman Nəsirov 4 günlük iş həftəsinə keçidin hələki tez olduğunu söyləyir:

"Bu işi icra etmədən öncə araşdırma aparmaq lazımdır. Əvvəlcə baxmaq lazımdır ki, bu rejimə keçən ölkələr hansı inkişaf səviyyəsinə malik dövlətlərdi. Dünyanın iqtisadi baxımdan ən çox inkişaf etmiş 20 dövləti sırasına daxildirlər və ya inkişaf etməkdə olan dövlətlər sırasındadırlar? Bu kimi məqamları analiz etmək lazımdır. Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olmağı strateji hədəf seçib. Sürətlə inkişaf etməkdə olan dövlətik. Amma 4 günlük iş rejiminə keçmənin bizim üçün hansı nəticələri doğuracağını demək çətindir. 4 günlük iş həftəsinə keçən ölkələrin iqtisadi gücü yüksək səviyyədədir. Azərbaycan inkişaf etmiş dövlətlər siyahısına daxil olduqdan sonra bu məsələnin müzakirəsi daha səmərəli ola bilər".
 

Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli 4 günlük iş rejiminə keçmək üçün iqtisadiyyatın buna hazır olmalı olduğunu bildirib:

"Toxunduğunuz mövzunun reallaşması Azərbaycan üçün bir qədər çətin məsələdir. Azərbaycan kimi ölkələrdə 4 günlük iş həftəsinə keçid qərarını qəbul etmək üçün iqtisadiyyat buna hazır olmalıdır. İqtisadiyyatın hazır olması isə əmək bazarına bağlıdır. Dünya ölkələri əsasən 5 günlük iş həftəsi ilə işləyir. Həftəlik iş rejimi 5 gün 8 saatdan ibarət olmaqla, 40 saatdır. Biz bu parametrə uyğun gəlmirik. Azərbaycanda muzdlu işləyən əhalinin 90%-i 7 gün işləyir". 

Akif Nəsirli MDB məkanında 4 günlük iş həftəsinə keçidlə bağlı qərarın qəbul edilməsinin populizmdən ibarət olduğunu düşünür:

"Bu proses "qərar qəbul edirəm” deməklə olmamalıdır. Təkcə iqtisadiyyatın inkişafı ilə buna nail olmaq olar. Həm də qanun aliliyi məsələsi ön planda olmalıdır.  İş prinsiplərinə əməl edilməlidir. Sahibkar bilməlidir ki, işçini 8 saatdan artıq işlədə bilməz. Biz əvvəlcə bu tələbi yerinə yetirmək üçün çalışmalıyıq. İqtisadiyyatımızı elə inkişaf etdirməliyik ki,  4 günlük iş həftəsinə keçid üçün imkanlar yaransın. Qeyd etdiyim kimi, bunun üçün qərar qəbul etmək kifayət deyil. Qərarın icra prinsipi düzgün həyata keçirilməlidir. Qazaxıstan 4 günlük iş həftəsinə keçid qərarını qəbul edib, ancaq gəlin görək orda bu qərar tətbiq edilirmi? Qazaxıstanda monitorinq aparılsa, 4 günlük iş həftəsi ilə neçə sahibkarın işlədiyini görə bilərik? Eləcə də bu məsələ Azərbaycan üçün aktualdır. Ölkə iqtisadiyyatını elə inkişaf etdirməliyik ki, 4 günlük iş rejiminə şərait yaransın”.

Şəbnəm Zahir

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
08:54 31.07.2026
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
08:51 31.07.2026
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
08:32 31.07.2026
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
08:23 31.07.2026
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
05:37 31.07.2026
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
03:23 31.07.2026
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
İran Bolqarıstana xəbərdarlıq etdi
02:40 31.07.2026
İran Bolqarıstana xəbərdarlıq etdi
Rusiya Durovu terrorçu elan etdi
02:19 31.07.2026
Rusiya Durovu terrorçu elan etdi
Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
01:37 31.07.2026
Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
01:25 31.07.2026
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
Ən gec qocalan 5 bürc
01:05 31.07.2026
Ən gec qocalan 5 bürc
Yaşı 60-dan çox olanların nəzərinə
00:47 31.07.2026
Yaşı 60-dan çox olanların nəzərinə