“Atəşgah” Sığorta Şirkəti 26-cı fəaliyyət dönəmini qeyd edib - FOTOLAR

“Atəşgah” Sığorta Şirkəti 26-cı fəaliyyət dönəmini qeyd edib - FOTOLAR
İQTİSADİYYAT
13:36 28.12.2022
1534
"Atəşgah” Sığorta Şirkəti 26 illik fəaliyyət dönəmi münasibətilə təntənəli tədbir keçirib.

AZXEBER.COM xəbər verir ki, Gülüstan sarayında baş tutan tədbirə "Atəşgah” Sığorta Şirkətinin rəhbər heyəti, 400 nəfərə yaxın əməkdaşı, bir sıra qonaqlar və eləcə də Şirkətin bəzi sabiq əməkdaşları qatılıb. 

Xoş musiqi sədaları ilə qarşılanan qonaqlar xüsusi əyləncəli foto aparatları ilə tanış edilib və beləcə əyləncəli foto mərasimi ilə tədbir açıq elan edilib. 
Daha sonra əsas zala dəvət edilən iştirakçılara Nizami Əliyevin möhtəşəm piano ifası və milli rəqs proqramları təqdim edilib.

Tədbirin rəsmi hissəsini "Atəşgah Həyat” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Azər Əliyev öz nitqi ilə açıq elan edib. Rəsmi hissənin davamında "Atəşgah” Sığorta Şirkətinin Direktorlar Şurasının sədri Ruslan Əliyev, "Atəşgah Həyat” Sığorta Şirkətinin Direktorlar Şurasının sədri İntiqam Hüseynov, "Atəşgah Həyat” Sığorta Şirkətinin Direktorlar Şurasının üzvü Elçin Əhmədov da çıxışlar ediblər. 

Onlar müxtəlif təqdimatlar vasitəsilə "Atəşgah” Sığorta Şirkətinin strategiyası, 26 il ərzində baş vermiş mühüm hadisələr, qazanılan uğur və nəaliyyətləri qonaqların diqqətinə çatdırıblar. 

Daha sonrakı illər üçün böyük hədəflərin olduğunu qeyd edən rəhbər heyət komanda olaraq qarşıya qoyulmuş  bütün məqsədlərə doğru əmin addımlarla irəlilədiklərini, şübhəsiz bu yolu nəaliyyətlə başa vuracaqlarını bildirib və şirkətin əldə etdiyi uğurlara görə, vəzifələrini layiqincə yerinə yetirən əməkdaşlara da təşəkkürünü bildirib.

Nitqlərdə 26 illik fəxrli yolun və qarşıya qoyulan gələcək məqsədlərin hər birinin müştərilərin məmnuniyyəti artırıb, onlara daha keyfiyyətli xidmət göstərməyə xidmət etdiyi vurğulanıb.  

Rəhbər heyətin nitqlərindən sonra artıq 5, 10 və 20 ildir ki "Atəşgah” Sığorta Şirkətində çalışan əməkdaşların təltifetmə mərasimi olub. Uzun müddət ərzində şərəfli uğur yolunda birlikdə addımladıqlarına görə Şirkətin nəaliyyətlərində mühüm paya malik əməkdaşlara hədiyyə və təşəkkürnamələr təqdim edilib. 

Əməkdaşların fikir və rəylərini öyrənmək, onların əsasında gələcək strategiyanı müəyyənləşdirmək naminə keçirilən müxtəlif sorğuların nəticələri də tədbir zamanı açıqlanıb. Sorğu əsasında bəzi əməkdaşlar müxtəlif nominasiyalar üzrə mükafatlanıblar.  

Daha sonra "Atəşgah” Sığortaya məxsus himn bir sıra əməkdaşlar tərəfindən səsləndirilib və himnə həsr olunmuş video-çarx nümayiş olunub. 

Rəsmi hissə yekunlaşdıqdan sonra tədbir əyləncə proqramları ilə davam edib. İştirakçılar tanınmış incəsənət xadimləri Aygün Kazımova və Ədalət Şükürovun ifasında səslənən populyar mahnıların sədaları ilə rəqslərinə davam ediblər. Sonda tort kəsimi ilə məclisə yekun vurulub.
 


 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq