“Avropa Parlamenti ciddi korrupsiya qalmaqalları içində boğulan bir institutdur” - Deputat

“Avropa Parlamenti ciddi korrupsiya qalmaqalları içində boğulan bir institutdur” - Deputat
SİYASƏT
16:01 19.12.2025
287
"Avropa Parlamenti özü ciddi korrupsiya qalmaqalları içində boğulan bir institutdur. Məhz bu səbəbdən diqqəti öz problemlərindən yayındırmaq üçün Azərbaycanı hədəf seçiblər”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

O bildirib ki, Avropa Parlamentinin riyakar sənəd qəbul etməsi heç bir məntiqə və siyasi çərçivəyə sığmır:

"Azərbaycan-Ermənistan sülh prosesi fonunda Avropa Parlamentinin bu cür riyakar sənəd qəbul etməsi heç bir məntiqə və siyasi çərçivəyə sığmır. İnsan hüquqları mövzusunda Avropa Parlamentinin məhz Azərbaycanı tənqid etməsi isə gülünc və ikrah doğurur. Çünki insan hüquqlarından danışan bu institutun özü, Avropa Parlamentinin sədrinə qədər uzanan korrupsiya və rüşvətxorluq ilə məşğuldur. Belə olan halda, Avropa Parlamentinin üzvləri hansı insan hüquqlarından danışa bilərlər? Avropa Parlamentinin tərkibinə nəzər saldıqda görürük ki, burada əsasən öz ölkələrində milli parlamentlərə seçilə bilməyən, siyasi iflasa uğramış populist qruplar təmsil olunurlar. Məhz bu qruplar Avropa Parlamentində absurd və reallıqdan uzaq qətnamələrin qəbuluna səbəb olurlar”.

Deputat bildirib ki, Avropanın özündə həllini gözləyən kifayət qədər problemlər var:

"Avropa Parlamentində görüşlərdə iştirak etmiş, orada fəaliyyət mühitini yaxından tanıyan bir şəxs kimi qeyd etmək istəyirəm ki, xüsusilə ultra-sağ və ultra-sol radikal ideologiyalara sahib avrodeputatlar digər ölkələri hədəf almağı adətə çeviriblər. Halbuki Avropanın özündə həllini gözləyən kifayət qədər ciddi pan-Avropa problemləri mövcuddur və enerjilərini məhz həmin məsələlərə sərf etmələri daha məqsədəuyğun olardı. İki dünya müharibəsini öz qitəsində aparan, milyonlarla avropalının həyatına son qoyan da məhz Avropa dövlətləri və institutları olub. Bu gün isə eyni Avropa Parlamenti başqa ölkələrə demokratiya dərsi keçməyə çalışır”.

Parlamentari qeyd edib ki, AP belə addımlarına görə ABŞ belə ondan üz döndərib: 

"Onların bu cür addımlarına  ən yaxşı cavab isə bir neçə gün əvvəl ABŞ-nin qəbul etdiyi yeni Milli Təhlükəsizlik Strategiyası sənədində verildi. Həmin sənəddə Avropa institutları, Avropa İttifaqı və Avropa Parlamenti ilə bağlı demək olar ki, heç bir qeyd yer almadı.
Avropa Parlamentinin apardığı bu ədalətsiz və qərəzli siyasətin nəticəsidir ki, onilliklər boyu Avropa İttifaqının ən yaxın tərəfdaşlarından biri olan ABŞ bu qurumdan üz döndərməkdədir. 2004-cü ildə ABŞ-nin keçmiş Milli Təhlükəsizlik üzrə müşaviri Zbiqnev Bjezinskinin yazdığı "Seçim” adlı kitabında da qeyd olunduğu kimi, Avropa İttifaqı və onun institutları həddindən artıq hərbiləşdikdə və ideoloji xətlərindən kənara çıxdıqda, ABŞ üçün təhlükəli bir subyektə çevrilir. Bu gün Avropanı öz müttəfiqlərinin gözündə təhlükəli edən əsas amillərdən biri də Avropa Parlamentinin səriştəsiz, təcrübəsiz və keçmiş səhvlərindən nəticə çıxarmayan fəaliyyətidir”.

T.Gəncəliyev vurğulayıb ki, belə riyakar addımlar təkcə Avropa Parlamenti ilə məhdudlaşmır:

"Avropa Komissiyasının icra strukturları, o cümlədən Avropa İttifaqının xarici siyasət üzrə sabiq ali nümayəndələri Jozep Borrell və Federika Mogerini və onların komandalarının illər boyu Azərbaycana qarşı qərəzli, ermənipərəst və riyakar mövqeyinin şahidi olmuşuq.Bu gün hətta Ermənistan belə Azərbaycanla münasibətləri normallaşdırmağa, sülh prosesinə qoşulmağa çalışır. Avropa institutları isə sanki ermənilərdən daha çox erməni olmağa çalışırlar. Bu, qəbuledilməzdir və riyakarlığın ən yüksək zirvəsidir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb  - FOTOLAR
21:43 18.09.2026
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb - FOTOLAR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış