Bakıda avtoyuyucu və mühafizəçi işləyən şəxsi amansızlıqla qətlə yetiriblər.
AZXEBER.COM xəbər verir ki, hadisə dünən Xətai rayonu, G.Mehmandarov küçəsi 14 ünvanında yerləşən avtoyuma məntəqəsində baş verib.
Belə ki, 1982-ci il təvəllüdlü Əfqan Nadir oğlu Mustafayevin meyidi tapılıb.
Onun meyidinin üzərində xəsarət və döyülmə izləri aşkarlanıb.
Meyit ekspertiza müayinə olub. Onun qabırğasında sınıq aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.