I divizionda mübarizə aparan “Anşad Petrol” futbol klubunun rəsmi adı dəyişdirilib. Bununla bağlı klub Peşəkar Futbol Liqasına 21 fevral 2011-ci il tarixli 01-02/VI saylı məktub ünvanlayıb.
Azxeber.com-un PFL-ə istinadən verdiyi məlumata görə, klub adının “Neftçala” adı ilə əvəzlənməsini xahiş edib. PFL rəhbəri Ramin Musayev isə klubun rəsmi adının dəyişdirilərək “Neftçala” FK ilə əvəzlənməsini qəbul edib.
Xatırladaq ki, klubun təsisçisi olan Anşad-Petrol şirkəti artıq ləğv olunub.