Azərbaycan Avropa Şurasının rəsmi tədbirinə ev sahibliyi edəcək

Azərbaycan Avropa Şurasının rəsmi tədbirinə ev sahibliyi edəcək
GƏNCLİK
13:57 26.09.2014
1766

1-5 oktyabr 2014-cü il tarixində Azərbaycanın Qəbələ rayonunda “Nifrət Nitqinə Yox Hərəkatı” Beynəlxalq Gənclər Forumu keçiriləcək. Forum Azərbaycanın Avropa Şurasında sədrliyi çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Avropa Şurası, Avropa Şurasının Gənclər Departamenti tərəfindən həyata keçirilir.

AZXEBER.COM xəbər verir ki, forumda Avropa Şurasının üzvü olan 47 ölkədən 250-yə yaxın nümayəndə iştirak edəcəkdir.

Forumun açılış mərasimi 2 oktyabr 2014-cü il tarixində Qəbələ rayonunda yerləşən Heydər Əliyev Konqres Mərkəzində olacaqdır. Açılış mərasimində Azərbaycan hökümətinin və Avropa Şurasının yüksək dərəcəli rəsmilərinin iştirak edəcəyi gözlənilir.

Forumun məqsədi Nifrət Nitqinə Yox Hərəkatı çərçivəsində millivə Avropa səviyyəsində fəal olan gənc insanları və digər iştirakçıları bir yerə toplayıb, təcrübələrini, nailiyyətlərini və gözləntilərini bölüşmək, hərəkatın davamlılığına və məsləhətləşmələrinə töhvə verməkdir. Forumda nifrət nitqi və ayrıseçkilik kimi məsələlər üzrə yerli və xarici iştirakçılarla birlikdə qrup işləri və müzakirələr aparılacaqdır. Müzakirələzr zamanı iştirakçıların fikirləri və təklifləri dinləniləcəkdir.

Forumun gedişatını Forumun rəsmi saytı www.nohateforum.azünvanından və kampaniya haqqında məlumatı www.nohatespeechmovement.org ünvanından əldə etmək mümkündür.

“Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyası Avropa Şurası tərəfindən həyata keçirilir və onun üzvü olan ölkələrdə təşkil olunan kampaniyalara əsaslanır. Kampaniya 2012-2014-cü illər üzrə həyata keçirilən “Gənclərin nifrət nitqinə qarşı onlayn mübarizəsi” layihəsinin bir hissəsidir. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası “Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyasının Azərbaycan üzrə əlaqələndiricisidir. Gənclər Təşkilatları Milli Şurası 2013-cü ilin aprel ayından etibarən Avropa Şurasının “No Hate Speech Movement” - “Nifrət Nitqinə Yox Hərəkatı”na qoşulub və bu çərçivədə bir sıra fəaliyyətlər həyata keçirib. Bunlar sırasına Beynəlxalq Gənclər Gününə həsr edilən Gənclər Həftəsi, “No Hate Speech Movement” - “Nifrət Nitqinə Yox Hərəkatı” fotosərgisi və bir sıra müxtəlif tədbirlər aiddir. Bundan başqa Kampaniyanın andı Azərbaycan tərəfindən hazırlanmış və Avropa Şurasına təqdim edilmişdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
14:50 16.10.2026
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
14:47 16.10.2026
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
14:12 16.10.2026
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
14:09 16.10.2026
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
13:45 16.10.2026
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqlayıb
13:44 16.10.2026
AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqlayıb
Prezident fərman imzaladı
13:14 16.10.2026
Prezident fərman imzaladı
Hacıbəy Heydərli yeni vəzifəyə seçildi
13:09 16.10.2026
Hacıbəy Heydərli yeni vəzifəyə seçildi
Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA
13:08 16.10.2026
Mətbuat Şurasının yeni sədrindən ilk - AÇIQLAMA
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
13:08 16.10.2026
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
Prezident Gürcüstanın yeni səfirini qəbul etdi - FOTOLAR
12:58 16.10.2026
Prezident Gürcüstanın yeni səfirini qəbul etdi - FOTOLAR
Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
12:57 16.10.2026
Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
Almaniya səfiri Göygöldə olub - FOTOLAR
12:56 16.10.2026
Almaniya səfiri Göygöldə olub - FOTOLAR
Prezident yeni səfiri qəbul etdi - Fotolar
12:53 16.10.2026
Prezident yeni səfiri qəbul etdi - Fotolar
Vakansiya adı altında qadınlara qeyri-etik təklif - Ekspert risklərdən danışdı
12:51 16.10.2026
Vakansiya adı altında qadınlara qeyri-etik təklif - Ekspert risklərdən danışdı