Azərbaycan çempionatının matçı yarımçıq dayandırıldı

Azərbaycan çempionatının matçı yarımçıq dayandırıldı
İDMAN
20:10 14.10.2021
447
AFFA İntizam Komitəsi futzal üzrə II Liqada mübarizə aparan "Zülfüqar” komandasına 0:5 hesablı texniki məğlubiyyət verib.

Buna "Hövsan”la I tur oyununun yarımçıq dayandırılması səbəb olub.

Matçın gedişində meydan sahiblərinin 3 üzvü - Elmir Adiyev, Şəhriyar Gülüşov və Elmir Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılıblar. Hər 3 futzalçı 1 oyunluq cəzalandırılıb.

Bundan başqa, görüş başa çatdıqdan sonra "Zülfüqar” komandasının digər oyunçusu Vüsal Məmmədov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb və 4 oyun cəza alıb.
OXŞAR XƏBƏRLƏR