Azərbaycan əmək haqqı səviyyəsinə görə 3-cü oldu - SİYAHI

Azərbaycan əmək haqqı səviyyəsinə görə 3-cü oldu - SİYAHI
İQTİSADİYYAT
10:30 13.04.2012
3788

MDB ölkələri arasında lider Rusiyadır

AZXEBER.COM-un məlumatına görə, MDB ölkələrində orta aylıq əmək haqqı səviyyəsi ilə bağlı statistika açıqlanıb. MDB Statistika Komitəsinin 2012-ci ilin yanvarın olan məlumatına görə, birlik ölkələri arasında orta əmək haqqı səviyyəsinə görə Rusiya liderdir - 23,7 min rubl (795 dollar). İiknci yerdə Qazaxıstan (92,2 min təngə (təxminən 630 dollar)), üçüncü pillədə Azərbaycandır (368 manat (təxminən 470 dollar)). Sonrakı yerləri Ukrayna (2722 qriven (təxminən 345 dollar)) və Belarus (2,88 milyon rubl (təxminən 350 dollar)) tutur. Ermənistanda orta aylıq əmək haqqı 112 min dram və ya 295 dollardır. MDB-də ən aşağı maaşı Tacikistan (525 somoni (təxminən 110 dollar)) vətəndaşları alırlar.

OXŞAR XƏBƏRLƏR