Azərbaycan Prezidenti Yaxın Şərq Sülh Sammitində iştirak edib

Azərbaycan Prezidenti Yaxın Şərq Sülh Sammitində iştirak edib
SİYASƏT
23:13 13.10.2025
397
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdə olub.

AZXEBER.COM xəbər verir ki, dövlətimizin başçısı oktyabrın 13-də Sammitin keçirildiyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəldi.

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi dövlətimizin başçısını qarşıladı, sonra birgə foto çəkdirildi.

Daha sonra Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp dövlətimizin başçısını salamladı.

Azərbaycan və ABŞ prezidentləri birgə foto çəkdirdilər.

Sonra Yaxın Şərq Sülh Sammitinin iştirakçıları birgə foto çəkdirdilər.

Sammitdə Prezident Donald Tramp Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünə toxunaraq dedi: "Budur, mən bu yaxınlarda bu şəxs üçün müharibəni bitirdim. Azərbaycan, işimi bəyəndinizmi? Bəs Sizin həmkarınız haradadır? Budur, buradadır. Siz ikiniz artıq yola gedirsiniz, elə deyilmi? Onlar 32 il müharibə etdilər, biz isə bir saata bu məsələni həll etdik, elədirmi? İndi onlar yola gedirlər, bu yaxşıdır, düşünürəm ki, bu əladır.

x x x

Sonra sülh sazişinin imzalanması mərasimi oldu.

x x x

İmzalanma mərasimindən sonra bəyanatınla çıxış edərkən ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlərə toxunaraq bildirdi: "Burada Ermənistan və Azərbaycan var. Biz bu müharibəni bitirdik. Mənim onlarla görüşüm Oval ofisdə baş tutdu. Onlar 32 il vuruşdular, ağlasığmaz bir rəqəmdir. Oval ofisdə bir-birinə əks tərəfdə əyləşmişdilər. Bir saatdan sonra işimiz bitəndə hər ikisi bir-birini qucaqlayırdı. İndi də onlar dostdurlar və çox gözəl anlaşırlar. Ona görə də hər ikinizə təşəkkür etmək istəyirəm. Bu, həqiqətən inanılmazdır. Çox sağ olun".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
15:57 05.11.2026
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
15:54 05.11.2026
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
15:43 05.11.2026
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
15:38 05.11.2026
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
15:36 05.11.2026
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?