Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü keçirildi - VİDEO

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü keçirildi - VİDEO
SİYASƏT
19:47 10.08.2014
8279

Bu gün Soçi şəhərindəki “Boçarov Ruçey” iqamətgahında Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Vladimir Putin və Serj Sarkisyanın birgə görüşü keçirilib.Görüşün detalları barədə geniş məlumat açıqlanmayıb.Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Rusiya prezidenti Vladimir Putin hər iki prezidentə Rusiyada görüşdükləri üçün təşəkkürünü bildirib. O deyib ki, prezidentlərlə təkbətək və daha sonra qeyri-rəsmi görüşlərində ikitərəfli münasibətlərin inkişafı ilə bağlı müzakirələr aparıb.V. Putin qeyd edib ki, Dağlıq Qarabağ probleminin nizamlanması üzrə beynəlxalq formatı qəbul edirlər və bu format daxilində tərəfdaşlarla əməkdaşlığa davam edəcəklər. Amma o, belə bir formatda da müzakirə aparılmasını faydalı hesab etdiyini bildirib.Azərbaycan prezidenti İlham Əliyev də görüşə görə təşəkkürünü bildirib və qeyd edib ki, V. Putinlə görüşdə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparılıb: “Bu münaqişə həllini tapmalıdır. Dünən də qeyd etdiyimiz kimi, münaqişənin həlli xeyli uzandı. Ümid edirəm ki, Sizin bu prosesdə şəxsən iştirakınız danışıqlar prosesinə təkan verəcək”.Prezident İlham Əliyev bildirib ki, münaqişənin həlli üçün danışıqlar formatı, hüquqi baza var: “BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazisindən erməni işğalçı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təəssüf ki, 20 ildən çoxdur bu qətnamələr kağız üzərində qalıb”.Prezident ATƏT-in Minsk qrupunun bu istiqamətdə işlədiyini, tərəflərin yaxınlaşdırmağa çalışdığını, lakin bunun o qədər də uğurlu alınmadığını qeyd edib: “Ona görə də düşünürəm ki, Rusiyanın yaxın dost, tərəfdaş və qonşu ölkə kimi bu nizamlanma prosesində xüsusi rolu var. Ümid edirik ki, yaxın vaxtlarda danışıqlar, sülh yolu ilə münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ədalətli nizamlanmasına nail olacağıq”.Ermənistan prezidenti Serj Sarkisyan da V. Putinə təşəkkür edərək, indiki mürəkkəb vəziyyətdə onun münaqişənin nizamlanmasına diqqət və vaxt ayırmasını yüksək qiymətləndiklərini bildirib.S. Sarkisyan deyib ki, münaqişənin həlli mümkündür və problem kompromis, ATƏT-in Minsk qrupunun təklif etdiyi prinsiplər əsasında həll olunmalıdır.Daha sonra çıxış edən V. Putin Azərbaycan və Ermənistan prezidentinin münaqişənin sülh yolu ilə nizamlanmasının vacibliyi barədə dediklərinə diqqət çəkərək, bundan məmnuniyyət duyduğunu dilə gətirib.“Həqiqətən də əsas məsələ budur. İnsanların ölməsindən böyük faciə ola bilməz. Qeyd etmək lazımdır bu münaqişə bizə Sovet İttifaqından miras qalıb və biz problemin həllini tapmaq üçün səbr, müdriklik və qarşılıqlı hörmət nümayiş etdirməliyik.Sözsüz ki, xoş niyyət varsa, istənilən mürəkkəb vəziyyətdən çıxış yolu tapmaq mümkündür. Mən belə gəlir ki, həm Azərbaycan, həm də erməni xalqlarının belə niyyəti var”.Sonra görüş mətbuat işçilərinin iştirakı olmadan davam etdirilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək