"Azərbaycan şeirinin müəllifi Nəriman Həsənzadə deyil, mənəm" - AÇIQLAMA

"Azərbaycan şeirinin müəllifi Nəriman Həsənzadə deyil, mənəm" - AÇIQLAMA
SOSİAL
13:34 23.02.2021
21339
"Müğənni Çinarə Məlikzadənin ifa etdiyi "Azərbaycan" mahnısının sözləri şair Nəriman Həsənzadəyə deyil, mənə aiddir".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında şair və tərcüməçi Sədaqət Əhmədova deyib.

O bildirib ki, həmin şeir 2011-ci ildə onun imzası ilə mətbuatda dərc edilib: "Mən Azərbaycan şeirini 2004-cü ildə yazmışam, 2011-ci ildə isə mətbuatda yayımlanıb. Bu günlərdə müğənni Çinarə Məlikzadənin ifasında öz sözlərimi eşitdim. Təbii ki, sevindim, ancaq müəllif kimi başqa bir adın qeyd olduğunu görəndə heyrətləndim. Sözlərin müəllifi kimi sevimli xalq şairimiz Nəriman Həsənzadə göstərilirdi. Ancaq bu mənim şeirimdir". 

Sədaqət Əhmədova deyib ki, Nəriman Həsənzadə ilə əlaqə saxlayıb: "Nəriman müəllimlə əlaqə saxladım. O mənə universitetdə dərs deyib, müəllimim olub. Nəriman Həsənzadə də bildirdi ki, yanlışlıq olubsa, aradan qalxmalıdır. Təbii ki, hər müəllif yaratdığı əsərin öz adı ilə tanınmasını istəyir. Mənim də istəyim budur". 

AZXEBER.COM xalq şairi Nəriman Həsənzadə ilə əlaqə saxlayıb.

O bildirib ki, Azərbaycana aid xeyli şeiri var: "Mənim də Azərbaycana həsr olunmuş çoxlu şeirim var. Bu şeir də mənim şeirlərimə bənzəyə bilər. Ancaq ola bilər ki, yanlışlıq olub. Mən də istərdim ki, yanlışlıq aradan qalxsın və səhv anlaşılma olmasın".

Qeyd edək ki, sözügedən şeir ilk dəfə 2011-ci ildə Azxeber.com-da yayımlanıb.

Sədaqət Əhmədova 500-dək şeirin müəllifidir. Müəllif həmçinin tərcüməçi kimi fəaliyyət göstərir.  Ç.Abdullayev, Mario Puzo, Struqatski qardaşları və digər yazıçıların 20-dək əsəri onun tərcüməsi ilə nəşr olunub.

Həmin şeiri təqdim edirik: 

Od ürəkli , od nəfəsli diyarımsan
Ocağına canım qurban , Azərbaycan !
Əzilsən də , əyilməyən vüqarımsan
Bu çağına canım qurban , Azərbaycan !

Savaşlardan alnıaçıq çıxan zaman
Tarixlərə bağışladın neçə qurban.
Hər qonşuda bir parçası əsir qalan
Torpağına canım qurban , Azərbaycan !

Neçə gizli sərvət yatır qucağında ,
Neçə ölkə od aparır ocağından .
Azadlığın al rəmzi var bayrağında
Bayrağına canım qurban , Azərbaycan !

Hər uğurun gələcəyə bir yol açır ,
Hər dost elə xoş niyyətin işıq saçır .
Hər millətə , hər məzhəbə isti , açıq
Qucağına canım qurban , Azərbaycan !

Başım üstdə məğrur-məğrur dalğalanan
Bayrağına canım qurban , Azərbaycan !
Ruhuma büt , cismim üçün vətən olan
Torpağına canım qurban , Azərbaycan !

Ceyhun,
AZXEBER.COM
 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Azərbaycan və Ermənistan arasında razılaşmanın tezliklə əldə olunacağına ümid edir
01:31 08.08.2025
ABŞ Azərbaycan və Ermənistan arasında razılaşmanın tezliklə əldə olunacağına ümid edir
İlham Əliyevin və Ermənistanın Baş naziri Paşinyanın Vaşinqtonda Birgə Bəyannamə imzalayacağı gözlənilir
01:26 08.08.2025
İlham Əliyevin və Ermənistanın Baş naziri Paşinyanın Vaşinqtonda Birgə Bəyannamə imzalayacağı gözlənilir
Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in baş katibinə müraciət edəcək
01:24 08.08.2025
Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in baş katibinə müraciət edəcək
Ermənistan Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı şərtlərini qəbul edir
01:22 08.08.2025
Ermənistan Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı şərtlərini qəbul edir
Donald Tramp 907-ci düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalayacaq
01:19 08.08.2025
Donald Tramp 907-ci düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalayacaq
Vaşinqtonda İlham Əliyevin Stiv Uitkoff ilə görüşü olub - FOTOLAR
00:12 08.08.2025
Vaşinqtonda İlham Əliyevin Stiv Uitkoff ilə görüşü olub - FOTOLAR
Konfrans Liqası: "Sabah" səfərdə "Levski"yə məğlub olub
00:06 08.08.2025
Konfrans Liqası: "Sabah" səfərdə "Levski"yə məğlub olub
Makron Avropa liderləri və Zelenski ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib
23:57 07.08.2025
Makron Avropa liderləri və Zelenski ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib
Rafael Fiziyev Rio-de-Janeyroda növbəti döyüşünü keçirəcək
23:47 07.08.2025
Rafael Fiziyev Rio-de-Janeyroda növbəti döyüşünü keçirəcək
İkinci kurs tələbəsi dünyasını dəyişdi
23:30 07.08.2025
İkinci kurs tələbəsi dünyasını dəyişdi
ABŞ İran şirkətlərinə sanksiyalar tətbiq etdi
23:28 07.08.2025
ABŞ İran şirkətlərinə sanksiyalar tətbiq etdi
Fransada şəhər meri bıçaqlı hücuma məruz qalıb
23:13 07.08.2025
Fransada şəhər meri bıçaqlı hücuma məruz qalıb
Kür çayından meyit tapıldı
22:54 07.08.2025
Kür çayından meyit tapıldı
Pensilvaniyada 2 hərbçi naməlum şəraitdə güllələnib
22:49 07.08.2025
Pensilvaniyada 2 hərbçi naməlum şəraitdə güllələnib
Sumqayıtda 22 yaşlı gənc bıçaqlanıb, saxlanılan var
22:31 07.08.2025
Sumqayıtda 22 yaşlı gənc bıçaqlanıb, saxlanılan var
ÜST: Qəzzada kəskin qida çatışmazlığı olan uşaqların sayı rekord həddə çatıb
22:23 07.08.2025
ÜST: Qəzzada kəskin qida çatışmazlığı olan uşaqların sayı rekord həddə çatıb