Azərbaycan təmsilçisi 'Eurovision 2012'də birinci oldu - FOTO

MƏDƏNİYYƏT
13:03 29.05.2012
3422
"Eurovision 2012" mahnı müsabiqəsində 42 ölkə arasında dördüncülük qazanan Səbinə Babayeva builki yarışmada "Press Award" ( mətbuatın mükafatına ) layiq görülüb. AZXEBER.COM-un  məlumatına görə, təmsilçimiz Eurovision Mətbuat Mərkəzində quraşdırılmış interaktiv səsvermə lövhəsində finalçılar arasında ən çox səs toplayan ifaçı olduğundan bu mükafata layiq görülüb. Səbinə Babayevanın "Bakı Kristal Zalı"n səhnəsində peşəkarcasına təqdim etdiyi "When the music dies" mahnısı media mənsublarının ən çox bəyəndiyi ifa olub."Eurovision 2012" mahnımız olan "When the music dies"in müəllifləri isveçli Anders Bagge, Sandra Bjurman, Stefan Örn, Johan Krounlund'dur. İngilis dilində ifa olunacaq mahnı lirik janrdadır. Mahnı sevgi fəlakəti və onunla bağlı dərin ağır tәәssüratlar haqqında dramatik hekayədir. Mahnıda milli musiqi ilə sintez də var. "When the Music Dies" Avropa musiqisinin son tendensiyaları və Azərbaycanın milli ənənələrinin unikal birləşməsidir.Mahnıda Azərbaycan milli musiqi alətləri - kamança, balaban, dəf və qaval, zərb alətlərin səsi, eləcə də unikal muğam vokal ifasının elementlərindən istifadə olunub.Milli musiqi partiyalarının yazısında Oqtay Şərifov, Sərxan Vahabov, Azərbaycanın əməkdar artisti Şirzad Fətəliyev və Yaşar Baxış cəlb edilib, muğam partiyasını isə Alim Qasımov ifa edir.Qeyd edək ki, "Eurovision 2012 mahnı müsabiqəsinin "Ən yaxşı müğənni" (Artistic Award) mükafatı elə müsabiqənin qalibi, İsveç təmsilçisi Lorinə (Loreen) təqdim edilib. 57-ci Eurovision Mahnı Müsabiqəsində "Ən yaxşı bəstəkar" mükafatı müsabiqədə qalib mahnı "Euphoria"nın bəstəkarı Tomas Gison və Peter Bostroma verilib.

OXŞAR XƏBƏRLƏR