"Azərbaycan-Türkiyə Mədəniyyət Fondunu yaradacağıq"- Fuad Muradov

"Azərbaycan-Türkiyə Mədəniyyət Fondunu yaradacağıq"- Fuad Muradov
SİYASƏT
14:46 05.01.2020
6459
"Qloballaşan dünyada Azərbaycan dilinin, milli kimliyin və mədəniyyətin qorunması məsələsi Azərbaycan diasporu üçün də aktual məsələlərdəndir. Bu məsələ ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə xaricdəki soydaşlarımız üçün "Azərbaycan dili” dərsliyi hazırlanıb. Kitabın müxtəlif ölkələrdəki Azərbaycan dili məktəblərində paylanılması, daha bir neçə ölkədə "Qarabağ” məktəblərinin açılması nəzərdə tutulub".

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 2020-ci ildə komitənin məqsədləri haqqında müsahibəsində deyib. Sədr qeyd edib ki, komitə müxtəlif ölkə və şəhərlərdə Azərbaycan evlərinin yaradılması prosesini davam etdirməyi və gələn il daha 8 məkanda belə mərkəzlərin təsis olunmasını planlaşdırır:

"Vahid loqo ilə fəaliyyət göstərən Azərbaycan evləri xaricdəki hər bir soydaşımız üçün açıq məkan olacaq. Onlar burada toplaşaraq müxtəlif səpkili tədbirlər keçirə, müzakirələr apara biləcəklər.

Amerika Birləşmiş Ştatları və Rusiya Federasiyasında keçirilməsi nəzərdə tutulan çox sayda mədəni layihələr üzərində iş aparılır. 2020-ci ilin fevralından bu layihələrin reallaşdırılmasına start veriləcək. Növbəti ildə həmvətənlərimizin də səbirsizliklə gözlədiyi "Soydaşlar haqqında Qanun” layihəsinin yeni parlamentdə qəbul olunacağına ümid edirik.

"Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası”nın formalaşdırılması üzərində işlər aparılır".

F.Muradovun sözlərinə görə, komitə xaricdə yaşayan soydaşlarımızın ünsiyyəti üçün yeni unikal bir platforma üzərində işləyir:

"Hazırda işlər yekunlaşmaq üzrədir, böyük ehtimalla fevral ayından həmvətənlərimizin istifadəsinə verə biləcəyik. Daha bir böyük layihələrimizdən biri Azərbaycan-Türkiyə Mədəniyyət Fondunun yaradılmasıdır. Bununla bağlı bütün texniki məsələlər həll olunub, gələn il açılışını etməyi planlayırıq. Bu, Türkiyədə işləyəcək ən böyük fondlarımızdan biri olacaq. Türkdilli ölkələrin diaspor gənclərinin yay düşərgəsinin keçirilməsi ilə bağlı təkliflər müzakirə olunur, yaxın vaxtlarda bununla bağlı konkret qərarların veriləcəyi gözlənilir. Azərbaycanlı alimlərin şəbəkələşməsi ilə bağlı layihələrimiz var, hazırda bunun da üzərində işlənilir.


Bir sözlə, planlarımız çoxdur və bütün işlərimiz Dövlət Komitəsi olaraq Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi, lobbi quruculuğunda aktiv iştirak, Azərbaycanın tarixi və mədəni irsinin təbliği istiqamətində bir-birindən maraqlı və səmərəli layihələrin həyata keçirilməsinə yönəlib.
Hədəfimiz ondan ibarətdir ki, yaşadığı ölkədən asılı olmayaraq hər bir soydaşımız müstəqil, qüdrətli Azərbaycan dövlətini öz yanında görsün".
 
////Modern.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Deputat: Hər kəsin məktəbli forması ilə bağlı qərara əməl etməsi şərtdir
13:22 13.10.2026
Deputat: Hər kəsin məktəbli forması ilə bağlı qərara əməl etməsi şərtdir
"Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun" - Elza Seyidcahan
13:09 13.10.2026
"Uşaqların məktəb çantaları və məktəb ayaqqabıları da eyni olsun" - Elza Seyidcahan
Bu şəxslərin iş rejimi dəyişir
12:58 13.10.2026
Bu şəxslərin iş rejimi dəyişir
“Dini inancını hər kəs məktəbdən kənarda sərbəst yaşayır”
12:56 13.10.2026
“Dini inancını hər kəs məktəbdən kənarda sərbəst yaşayır”
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir”
12:54 13.10.2026
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir”
“Sabah” - “Slaviya” oyunu ilə bağlı PROQNOZ: “Oyunun bərabərə bitmə ehtimalı çoxdur”
12:52 13.10.2026
“Sabah” - “Slaviya” oyunu ilə bağlı PROQNOZ: “Oyunun bərabərə bitmə ehtimalı çoxdur”
“Uşaqlar böyüklərin ideoloji mübahisələrinin iştirakçısına çevrilməməlidir”- Deputat
12:37 13.10.2026
“Uşaqlar böyüklərin ideoloji mübahisələrinin iştirakçısına çevrilməməlidir”- Deputat
Metro gücləndirilmiş rejimdə çalışacaq
12:36 13.10.2026
Metro gücləndirilmiş rejimdə çalışacaq
Məşhur astroloqdan həftəlik bürc proqnozu: Bu fürsətləri qaçırmayın!
12:35 13.10.2026
Məşhur astroloqdan həftəlik bürc proqnozu: Bu fürsətləri qaçırmayın!
"Dövlətin qayda-qanunlarına riayət olunmalıdır" - Elxan Şahinoğlu
12:30 13.10.2026
"Dövlətin qayda-qanunlarına riayət olunmalıdır" - Elxan Şahinoğlu
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib
12:23 13.10.2026
Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib
Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı
12:20 13.10.2026
Azərbaycan-Laos biznes-forumu keçiriləcək - Prezident açıqladı
Dövlət başçısı: Laos Azərbaycan üçün dost ölkədir
12:11 13.10.2026
Dövlət başçısı: Laos Azərbaycan üçün dost ölkədir
Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - VİDEO
12:00 13.10.2026
Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - VİDEO
Lənkəranda qadınla 3 yaşlı oğlu bıçaqlandı - Əri saxlanıldı
11:48 13.10.2026
Lənkəranda qadınla 3 yaşlı oğlu bıçaqlandı - Əri saxlanıldı
 İlham Əliyev: Bizi Laosla mina problemi də birləşdirir
11:39 13.10.2026
İlham Əliyev: Bizi Laosla mina problemi də birləşdirir