Azərbaycanın Braziliyada fövqəladə və səlahiyyətli səfiri Rəşad Novruz Surinam Respublikasının xarici işlər, beynəlxalq biznes və əməkdaşlıq naziri Melvin Bouva ilə görüşüb.
AZXEBER.COM xəbər verir ki, bu barədə azərbaycanlı diplomat "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Xarici işlər, beynəlxalq biznes və əməkdaşlıq naziri Melvin Bouvaya və onun fədakar komandasına ikitərəfli əməkdaşlıq gündəliyimizin əhatə dairəsinin genişləndirilməsinə göstərdikləri davamlı marağa və irəli sürdükləri təşəbbüslərə görə təşəkkür edirəm.
Qarşıda görüləsi çox iş var. Ölkələrimizin rifahı naminə birgə nəticələr əldə etmək istiqamətində çalışmaq mənim üçün şərəfdir", - deyə o əlavə edib.











































