Azərbaycan və Türkiyə gənclərinin "Beynəlxalq Zəfər Düşərgəsi" keçiriləcək

GƏNCLİK
13:09 07.10.2021
1473
Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə növbəti dəfə 19-24 oktyabr tarixlərində Türkiyənin Qaziantep şəhərində "Beynəlxalq zəfər düşərgəsi” keçiriləcək.

AZXEBER.COM xəbər verir ki, düşərgə müddətində iştirakçılar iki ölkənin ortaq mədəniyyətinin öyrənilməsi, tarixi haqqında maarifləndirilməsi ilə əlaqədar Urfa şəhərinə, Qaziantepin müxtəlif tarixi abidələrinə və turizm məkanlarına səfər edəcək, asudə vaxtlarının səmərəli keçirilməsi
məqsədi ilə müxtəlif əyləncəli oyunlara, intellektual yarışlara və şəxsi inkişafla bağlı təlimlərə cəlb olunacaqlar.

Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Respublikasının Gənclik Vəqfinin (TÜGVA) birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qazanılan zəfərin iki ölkənin gəncləri arasında təbliği, qardaş ölkə gənclərinin əməkdaşlığının daha da inkişaf etdirilməsi, hər iki ölkə gəncləri arasında müxtəlif sahələrdə birgə tədbirlər və layihələrin artırılmasıdır.

Ümumilikdə 200 gəncin iştirakı ilə nəzərdə tutulan düşərgənin hər ölkədən qatılacaq 100 nəfər gəncin iştirakı ilə həyata keçirilməsi planlaşdırılır.

Düşərgədə iştirak üçün 18-25 yaş arası və pandemiya şəraitini nəzərə alaraq cari ilin 1 oktyabr tarixinədək COVİD-19 xəstəliyinə qarşı hər iki doza vaksin vurdurmuş gənclər müraciət edə bilərlər.

Müraciət etmək istəyən gənclər rəsmi veb-saytımız (https://youthfoundation.az/124106/) və ya GencApp mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçə bilər.

Müraciət üçün son tarix 15 oktyabrdır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir