Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”

Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
SOSİAL
01:19 26.09.2026
244
Bakı sakini millət vəkili Fəzail İbrahimlidən şikayətçidir.

AZXEBER.COM xəbər verir ki. Musavat.com-un redaksiyasına müraciət edən 42 yaşlı Xəyal Əsədov deputat Fəzail İbrahimli ilə bağlı başına gəldiyini iddia etdiyi hadisə barədə danışıb.

Dörd uşaq atası olduğunu deyən və küçə ticarəti ilə ailəsini dolandırdığını bildirən şikayətçi hadisədən sonra iş yerindən olduğunu, ailəsinin maddi və mənəvi çətinliklə üzləşdiyini söyləyib.

Onun sözlərinə görə, hadisə avqustun 3-də Yeni Yasamal ərazisində fəaliyyət göstərdiyi meyvə-tərəvəz satış nöqtəsində baş verib.

Satıcı bildirib ki, həmin gün yaşlı bir kişi ona yaxınlaşaraq qarpız almaq istəyib. Xəyal Əsədovun sözlərinə görə, qarpızlardan birini kəsib, giləmeyvə ağ çıxıb. Daha sonra digər qarpızı kəsərək alıcıya göstərib.

X. Əsədov iddia edir ki, həmin şəxs ondan kim olduğunu bildiyini soruşub. O isə qarşısındakı şəxsin kimliyindən xəbərsiz olduğunu və söhbət zamanı kobud ifadə işlətmədiyini bildirir.

"Dedim ki, ay ağsaqqal, kimsən axı? Nə xox gəlirsən mənə? Dövlət vəzifəlisi də olsan, adi vətəndaşsan, yaxınlaşmısan məndən qarpız alırsan. Sən qarpız alansan, mən də qarpız satan. İsti hava idi, yorğun idim, borc-xərc içində olan adamam. Ola bilsin, danışığım bir qədər kobud çıxıb. Amma nalayiq söz və ya ifadə işlətməmişəm”, – deyə şikayətçi bildirib.

Onun sözlərinə görə, hadisə zamanı yaxınlıqda olan taksi sürücüsü də söhbətin şahidi olub. Əsədovun iddiasına görə, qarşı tərəf daha sonra polisə müraciət edib və onun barəsində şikayət verilib.

"15 dəqiqə keçmədi, Yasamal ərazisindən çox sayda polis əməkdaşı gəldi. Məni apardılar. Orada bildim ki, həmin şəxs deputat Fəzail İbrahimlidir. Mən onu həqiqətən tanımamışdım”, – deyə Xəyal Əsədov bildirib.

Şikayətçi deyir ki, polisə aparılarkən qarpız kəsmək üçün istifadə etdiyi bıçaq da götürülüb. Onun sözlərinə görə, deputatın özünü bıçaqla hədələdiyini bildirməsindən sonra məsələ araşdırılıb. Onun iddiasına görə, hadisə yerinə aid təhlükəsizlik kamerasının görüntülərinə baxıldıqdan sonra onun qarşı tərəfə bıçaqla hədə-qorxu gəlmədiyi müəyyənləşib.

"Bölmə rəisi və digər əməkdaşlar kameraya baxdılar. Gördülər ki, mən bıçaqla heç kimə hədə-qorxu gəlməmişəm. Sadəcə qarpızı kəsmişəm, sonra da bıçağı kənara qoymuşam. Səhəri gün məni buraxdılar və 50 manat cərimə olundum”, – deyə o bildirib.

Əsədov həmin mərhələdə polis əməkdaşlarının kamera görüntülərini araşdırmasını müsbət qiymətləndirib:

"Azərbaycan polisinə həqiqətən güvənməyinə dəyər. Başqa halda kamera görüntüsünü araşdırmaya da bilərdilər. Amma gəlib yerində kameraya baxdılar və gördülər ki, mən cinayət xarakterli hərəkət etməmişəm”.

Lakin şikayətçinin sözlərinə görə, əsas problem bundan sonra başlayıb. O iddia edir ki, hadisədən sonra işlədiyi satış yeri sökülüb və hazırda ailəsini dolandırmaq üçün əvvəlki imkanından məhrum olub.

"Gəldim gördüm ki, yerimi sökürlər. Mən iki aydır zülm, əziyyət çəkirəm. Çörəyimdən olmuşam. Küçənin qırağında, səkinin kənarında alver edib dörd bala böyüdürəm”, – deyə Əsədov bildirib.

Dörd övladının olduğunu deyən şikayətçi onların birinin ali təhsil aldığını, digər üç övladının isə məktəbdə oxuduğunu qeyd edib.

"Övladlarımın məktəb ləvazimatlarını, geyimini almaqda çətinlik çəkirəm. Mən özüm birtəhər dözərəm. 90-cı illərin aclığını görmüşəm. Amma uşaqlar bu əziyyətə dözə bilmirlər. Mənə görə onların da psixoloji əziyyət çəkdiyini görürəm. 42 yaşım var. Narkoman olmamışam, həbsdə yatmamışam, cinayətkar olmamışam. Dövlətdən də bir qəpik almamışam. Öz əlimin əziyyəti, alın tərimlə balalarımı dolandırmışam. İndi isə bir hadisəyə görə həm işimdən olmuşam, həm də uşaqlarımın qarşısında çətin vəziyyətə düşmüşəm. Mən bir deputatın qarpızın ağ çıxmasına görə yaranan mübahisədən sonra bu vəziyyətə düşdüyümü düşünürəm. İki aydır bunun əziyyətini çəkirəm”, – deyə Xəyal Əsədov bildirib.

Musavat.com məsələ ilə bağlı Milli Məclisin deputatı Fəzail İbrahimli ilə əlaqə saxlayıb.

Deputat saytımıza bildirib ki, sözügedən məsələ ilə aidiyyəti qurumlar məşğul olur. O, hadisə ilə bağlı şikayətçinin səsləndirdiyi iddiaların doğru olmadığını bildirib və detalları açıqlamayıb.

Qeyd edək ki, Fəzail İbrahimli Milli Məclisin hazırkı deputatı və parlament sədrinin müavinidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İraqdan İrana bütün uçuşlar dayandırıldı
02:32 26.09.2026
İraqdan İrana bütün uçuşlar dayandırıldı
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
01:19 26.09.2026
Azərbaycanda deputatla satıcı arasında qarpız üstündə MÜBAHİSƏ: “İşimdən oldum, 4 balam çörəksiz qaldı”
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
01:17 26.09.2026
Türkiyənin "Adriana Lima"sı saxlanıldı
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO
01:00 26.09.2026
Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri - VİDEO
ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
00:44 26.09.2026
ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"
Gəncədə “Kia” ilə “Qazel” toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
00:34 26.09.2026
Gəncədə “Kia” ilə “Qazel” toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək
00:20 26.09.2026
Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək
Bürclər bu günə nə deyir?
00:08 26.09.2026
Bürclər bu günə nə deyir?
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
23:59 25.09.2026
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
23:37 25.09.2026
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - VİDEO
23:31 25.09.2026
"Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu - VİDEO
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
23:20 25.09.2026
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
Müavinət və təqaüd alanlara mühüm xəbər
23:14 25.09.2026
Müavinət və təqaüd alanlara mühüm xəbər
Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? - VİDEO
23:03 25.09.2026
Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? - VİDEO
İnsanları həyatından ən asan çıxaran 4 bürc: tərəddüd etmirlər
22:52 25.09.2026
İnsanları həyatından ən asan çıxaran 4 bürc: tərəddüd etmirlər
Birdən çox kartı olanlara VACİB XƏBƏR: Banklar Assosiasiyasından YENİ AÇIQLAMA
22:38 25.09.2026
Birdən çox kartı olanlara VACİB XƏBƏR: Banklar Assosiasiyasından YENİ AÇIQLAMA