Azərbaycanda ət idxalı artdı - bu qiymətlərə təsir edəcək?

Azərbaycanda ət idxalı artdı - bu qiymətlərə təsir edəcək?
İQTİSADİYYAT
16:17 23.04.2026
489
Bu ilin yanvar-mart aylarında Azərbaycan 12 min 299 ton ət idxal edib. Dövlət Gömrük Komitəsi bildirib ki, bu həcmdə ətin dəyəri 28 milyon 630 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 410 ton (3,4 %), dəyər baxımından isə 3 min 805 min dollar (15,3 %) çoxdur. Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,7 %-ni təşkil edib. 3 ay ərzində Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.

İqtisadçı ekspert Elşən Bağırzadə AZXEBER.COM-a açıqlamasında bildirib ki, ət idxalının artması ilk növbədə bazarda təklifin artması deməkdir:

"Azərbaycanda ət idxalının artması ilk növbədə bazarda təklifin artması deməkdir. Qısa müddətdə bu tendensiya qiymətlər üzərində sabitləşdirici təsir göstərir, çünki əlavə idxal daxili tələbi qarşılamağa kömək edir və bazarda kəskin bahalaşmanın qarşısını alır. Xüsusilə, yerli istehsalın mövsümi və struktur məhdudiyyətlərlə üzləşdiyi şəraitdə idxal müəyyən mənada "tənzimləyici mexanizm” rolunu oynayır”.

İqtisadçı deyib ki, bu prosesin uzunmüddətli təsirləri daha diqqətlə qiymətləndirilməlidir:

"Bu prosesin uzunmüddətli təsirləri daha diqqətlə qiymətləndirilməlidir. Davamlı idxal artımı yerli istehsalçıların bazar mövqeyini zəiflədə, onların gəlirliliyini azalda və nəticədə investisiya motivasiyasını aşağı sala bilər. Bu isə kənd təsərrüfatında məhsuldarlığın artırılması və modernləşmə proseslərini ləngidə bilər. Digər tərəfdən, ərzaq məhsulları üzrə idxaldan asılılığın artması ölkəni xarici bazarlardakı qiymət dəyişikliklərinə, logistika problemlərinə və valyuta risklərinə daha həssas edir. Bu baxımdan məsələ təkcə qiymət deyil, həm də ərzaq təhlükəsizliyi kontekstində strateji əhəmiyyət daşıyır”.

O qeyd edib ki, burada əsas məsələ düzgün balansı qorumaqdır:

"Burada əsas məsələ idxalı məhdudlaşdırmaq deyil, düzgün balansı qorumaqdır. Dövlət siyasəti qısa müddətdə qiymət sabitliyini təmin etmək üçün idxaldan istifadə etməklə yanaşı, paralel şəkildə yerli istehsalın rəqabət qabiliyyətini artırmağa yönəlməlidir. Xüsusilə yem bazasının inkişafı, texnologiyaların tətbiqi və fermerlərin maliyyə əlçatanlığının yaxşılaşdırılması kimi tədbirlər uzunmüddətli dayanıqlılıq üçün həlledici rol oynayır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketini təqdim etdi
18:37 09.06.2026
Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketini təqdim etdi
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
18:21 09.06.2026
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
18:10 09.06.2026
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"