Azercell-in Rəqəmsal Dünyası bölgələrə genişlənir

Azercell-in Rəqəmsal Dünyası bölgələrə genişlənir
İQTİSADİYYAT
15:37 05.08.2019
4316
Rəqəmsal dünyanın yeniliklərini abunəçiləri üçün daha əlçatan etməyi hədəfləyən Azərbaycanın telekommunikasiya sahəsinin lideri "Azercell Telekom” MMC 5 avqust tarixində, mətbuat konfransında jurnalistləri bir araya toplayıb. 

AZXEBER.COM xəbər verir ki, mətbuat konfransı şirkətin böyük maraqla qarşılanan və regionları qarış-qarış gəzən "Rəqəmsal Dünya bölgələrdə” adlı layihəsinə həsr olunub. Naxçıvan şəhərindən başlayan və artıq Şərur, Ordubad, Quba, Xaçmaz, Qusarda baş tutan bu layihədə, Azercell ölkəmizin 30-a yaxın şəhər və rayonuna səfər etməyi planlaşdırır.

Mətbuat konfransında çıxış edən "Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev internetsiz, daimi bağlantısız bu layihənin ərsəyə gəlməsinin mümkün olmadığını bildirib. "Odur ki, biz respublikamızın bütün bölgələrinin sakinlərini bərabər texnoloji imkanlarla təmin etmək, yüksək-sürətli interneti sayəsində ən son innovasiyaları onların istifadəsinə vermək üçün ölkə boyu 4G şəbəkəsini gücləndirdik və genişləndirdik. 

Qeyd edək ki, təkcə son yarım ildə ölkədə telekommunikasiya sahəsinin inkişafına 63 milyon manatdan artıq vəsait yatırdıq. Bu müddətdə Bakı və Abşeron da daxil olmaqla, ölkəmizin 57 bölgəsində 1007 yeni LTE stansiyası qurduq. Ümumi stansiyalarımızın sayı isə 7000-i ötdü”- deyə, V. Mürsəliyev vurğulayıb.
 
"Layihə çərçivəsində insanların həyat tərzini rahatlaşdıran texnoloji yeniliklər və mobil qurğuların texniki imkanlarından istifadə edilməklə xidmətlərin əlçatanlığını nümayiş olunur”- deyə, "Azercell Telekom” MMC-nin İstehlakçı Seqment Biznes Strukturunun rəhbəri, Krasimir Genov öz nitqində bildirib. Həmçinin K. Genov jurnalistlərə layihə çərçivəsində səfərlərin təşkil ediləcəyi bölgələr haqda da məlumat verib.

"Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri, Nigar Şıxlinskaya öz çıxışı zamanı layihənin sosial tərəfindən bəhs edib. Belə ki, fəaliyyəti boyunca on minlərlə insana yardım edən Azercell-in "Mobil Göz” və "Mobil Diş” klinikaları "Rəqəmsal Dünya bölgələrdə” layihəsi çərçivəsində səfərlərə qoşularaq, "Xəzər Qayğıkeşlik” İctimai Birliyin həkimləri ilə regionlarda yerləşən internat məktəbləri və uşaq evlərinin kiçik sakinlərini üçün təmənnasız müayinə və müalicə təşkil edirlər. 

Bundan əlavə, Azercell tərəfindən uşaqlara hədiyyə olaraq məktəb çantası, məktəb ləvazimatları və digər hədiyyələr də paylanılır. Bununla yanaşı, N. Şıxlinskaya 4G şəbəkəsinin genişlənməsi üzrə şirkətin son nailiyyətlərindən danışıb. O bildirib ki, Azercell son yarımildə Azərbaycanın 57 şəhər və rayonunda əhali əhatəsi dairəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% artıma nail olub. Həmçinin N. Şıxlinskaya günlük LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artım qeydə alındığını vurğulayıb.

Mətbuat konfransının sonunda jurnalistlər Azercell-in mobil klinikalarına baxış keçiriblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
17:54 20.10.2026
Zelenski Ukraynanın NATO-ya üzvlükdən imtinasının şərtini açıqlayıb
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
17:49 20.10.2026
“Qarabağ” – “Neftçi” oyununa görə 8700 manatlıq cərimə
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
17:35 20.10.2026
Bu marşrutlarının hərəkət sxemi dəyişdirildi
Bu yolda hərəkət məhdudlaşdırılacaq
17:32 20.10.2026
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
17:22 20.10.2026
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
17:22 20.10.2026
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
17:06 20.10.2026
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
16:55 20.10.2026
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
16:52 20.10.2026
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
16:44 20.10.2026
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
16:32 20.10.2026
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
16:28 20.10.2026
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
16:25 20.10.2026
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
16:18 20.10.2026
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı
16:12 20.10.2026
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı
Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı
16:12 20.10.2026
Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı