Azercell-in rəqəmsal məhsulları IBA Mobile tətbiqində!

Azercell-in rəqəmsal məhsulları IBA Mobile tətbiqində!
İQTİSADİYYAT
14:56 27.01.2021
754

"Azercell Telekom” MMC və Azərbaycan Beynəlxalq Bankı yeni əməkdaşlığa imza atır.

İndi Azercell-in rəqəmsal həlləri IBA Mobile tətbiqində! Ölkənin lider mobil operatoru "Azercell Telekom” MMC Azərbaycan Beynəlxalq Bankı ilə birgə əməkdaşlıqda daha bir yeniliyə imza atır. Artıq Azərbaycan Beynəlxalq Bankının IBA Mobile mobil əlavəsinin istifadəçiləri tətbiq vasitəsilə Azercell-in NNTV, Bookmate, BluTV və ivi xidmətlərini aktivləşdirmək imkanı əldə edir.

Xidmətlərə qoşulmaq qaydası çox sadədir. İstifadə rahatlığı və funksionallığı ilə seçilən IBA Mobile-də "Digər” bölümünü seçdikdən sonra "Partnyorlar” bölümünə keçid edib "Azercell tətbiqləri” sırasında sevdiyiniz xidmətə abunə ola bilərsiniz.

4 milyondan çox dünya və Azərbaycan ədəbiyyatı əsərlərini elektron və audio formatda özündə cəmləşdirən Bookmate tətbiqini lider mobil operator eksklüziv şərtlərlə təqdim edir. Yalnız Azercell abunəçiləri xidmətə 50% endirimlə - ayda cəmi 3.50 AZN ödəyərək qoşula bilərlər. Bookmate mütaliəsevərlərə məkandan və istifadə olunan cihazdan asılı olmayaraq Azərbaycan, türk, ingilis, rus və digər dillərdə zəngin elektron kitabxanadan yararlanmaq, sevdiyi kitabları sosial şəbəkələrdə dostları ilə paylaşmaq, eləcə də tətbiqi yeni kitablarla daha da zənginləşdirmək imkanı verir. Xidmətdən günlük istifadə haqqı 0.19 AZN təşkil edir.

Azərbaycanda yalnız Azercell abunəçilərinin yararlana biləcəyi NNTV xidməti 200-dən çox yerli və xarici televiziya kanallarını internet üzərindən onlayn surətdə və yüksək keyfiyyətdə izləmə imkanı verir. Xidmətdən ayda 4 AZN və ya gündə 0.20 AZN ödəməklə yararlanmaq mümkündür. Abunəçilərinin rahatlığını hər zaman düşünən Azercell bu xidmət üçün xüsusi paketlər də təqdim edir. Ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/digital-solutions/nntv.html səhifəsinə keçid etməyiniz xahiş edilir.

Azercell son illər ərzində dünyada sürətlə populyarlıq qazanan türk kino və seriallarını, eləcə də türk TV kanallarını BluTV ilə müstəsna tərəfdaşlıq çərçivəsində endirimli qiymətlərlə təqdim edir. İzləmə rekordları ilə seçilən türk kinematoqrafiyasını 4K keyfiyyətdə və reklamsız ayda 4.99 AZN deyil, cəmi 3 AZN-ə smartfonlarınızda və ya Smart TV-də izləyin! Günlük abunə haqqı 0.25 AZN təşkil edir.

Kinoteatrların bağlı olduğu bir zamanda Azercell kino pərəstişkarlarını ivi xidməti ilə sevindirir. Dünyanın ən populyar və eksklüziv filmlərini Smart TV də daxil olmaqla, eyni anda 5 cihazda izləmək imkanı verən ivi xidmətindən ayda cəmi 5.99 AZN-ə və ya gündə 0.40 AZN-ə yararlanmaq mümkündür. Ən yeni filmləri ivi ilə yüksək keyfiyyətdə və reklamsız izləmək fürsətini qaçırmayın!

Azercell-in Big Data və Təhlillər departamentinin direktoru, İstehlakçı Seqment Biznes strukturunun rəhbəri Azad Hüseynov bildirdi: "Artıq 2 ildir ki, rəqəmsallaşma siyasətimizi uğurla həyata keçiririk. Özünəxidmət məhsullarının xüsusilə aktual olduğu bir zamanda abunəçilərimizin həyatını innovativ biznes həlləri ilə asanlaşdırmağa çalışırıq. Azərbaycan Beynəlxalq Bankı ilə birgə bu istiqamətdə daha bir önəmli addım atdığımızı düşünür və bu əməkdaşlığın müştərilərimiz üçün faydalı olacağına inanıram”.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, Bankın Baş Transformasiya İnzibatçısı Taleh Tahirli mobil xidmətlərin bu şəkildə uğurlu inteqrasiyasının ölkəmizdə innovasiya ekosisteminin inkişafına xidmət etdiyini qeyd etdi:

"Hər biri öz sahəsində lider olan Azərbaycan Beynəlxalq Bankı və Azercell şirkətinin bu istiqamətdə öz imkanlarını birləşdirməsi faydalı müştəri təcrübəsi formalaşdıracaq və yeni innovativ həllərin ortaya çıxmasına zəmin yaradacaq”.

Azercell-in rəqəmsal məhsullar portfeli ilə tanış olmaq üçün https://www.azercell.com/az/personal/digital-solutions.html səhifəsinə keçid etməyiniz xahiş olunur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
18:51 22.07.2026
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
18:39 22.07.2026
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
Bakı metrosunda iş rejimi dəyişdirilir
18:11 22.07.2026
Bakı metrosunda iş rejimi dəyişdirilir
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq