Azercell media nümayəndələrini təbrik edir!

Azercell media nümayəndələrini təbrik edir!
İQTİSADİYYAT
10:33 22.07.2022
654
Lider operator jurnalistlərə peşə bayramları münasibətilə 5GB internet paketi hədiyyə verir

22 İyul - milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatının yaranması günüdür.  

Ölkənin lider mobil operatoru "Azercell Telecom” MMC ənənəvi olaraq jurnalistlərin peşə bayramında media nümayəndələrinə özəl hədiyyə təqdim edir. 22-23 iyul tarixlərində "Mediacell” tarifinin bütün istifadəçiləri və 2-ci Qarabağ müharibəsində iştirak etmiş media əməkdaşları Azercell-dən hədiyyə olaraq 5 GB mobil internet paketi alır. Jurnalistlər hədiyyə paketini qeyd olunan tarixlərdə 1875 açar sözünü 2723 qısa nömrəsinə göndərməklə əldə edə bilərlər. 
Milli Mətbuat və Jurnalistika Günündə Azercell şirkəti düşmən atəşi altında peşə fəaliyyətini həyata keçirən şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun da xatirələrini yad edib. Şirkət nümayəndələri bu əlamətdar tarixdə şəhidlərin ruhuna dərin ehtiramlarını və dəstəklərini nümayiş etdirmək üçün onların ailə üzvlərinə xüsusi hədiyyələr təqdim edib.

Mətbuat nümayəndələri üçün 2011-ci ildən etibarən "Mediacell” adlı xüsusi tarif paketini təqdim edən Azercell fəaliyyəti boyunca ölkəmizdə KİV nümayəndələrinin inkişafına, onların peşəkar bacarıqlarının artırılmasına yardım etmək məqsədilə çoxsaylı layihələr həyata keçirib, jurnalistlər üçün ixtisaslaşmış seminar və treninqlər təşkil edib.
 
Tək Azercell-in ingilis dili kurslarına indiyədək 550-ə yaxın media nümayəndəsi qatılıb. Mobil operator tərəfindən Vətən müharibəsi zamanı Azərbaycanın mövqeyini və dürüst xəbərləri xalqımıza və dünyaya çatdıran jurnalistləri də dəstəkləyən müxtəlif təşəbbüslər reallaşdırıb.

 "Azercell Telecom” MMC bu şərəfli peşə nümayəndələrini təbrik edir, onlara əhəmiyyətli və məsuliyyətli işlərində müvəffəqiyyətlər arzulayır!




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb