“Azercell” mobil tətbiq və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib

“Azercell” mobil tətbiq və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib
İQTİSADİYYAT
11:24 12.09.2022
543
"WhatsApp” və digər tətbiqlərdə təhlükəsizlik pozuntuları ilə bağlı dünya miqyasında baş verən bir sıra hadisələri diqqət mərkəzində saxlayaraq, "Azercell” abunəçilərini cihaz və telefon nömrələrini potensial haker hücumlarından qorumaq üçün priventiv tədbirlər görməyə çağırır.

Bu cür hücumların sayının artmasını və bunun nəticəsində şirkətə son günlər ərzində daxil olan çoxsaylı sorğuları nəzərə alan mobil operator, məlumat təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tövsiyələri abunəçiləri ilə bölüşür:

- Telefonlarınızı nəzarətsiz qoymayın;

- "WhatsApp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə, sorğu və ismarışlara reaksiya verməyin;

- Şübhəli zənglərə cavab verməyin;

- Etibar doğurmayan internet saytlardan istifadə etməyin;

- Şübhəli məzmunlu müxtəlif oyun, yarışma və s. təkliflərdən yararlanmayın;

- "WhatsApp”dan qeydiyyatdan keçmək üçün nömrəyə göndərilən 6 rəqəmli şifrəni heç kimlə bölüşməyin:

İstifadənizdə olan nömrənin "WhatsApp” hesabı yaradılarkən sizə sms vasitəsilə 6 rəqəmli şifrə göndərilir. "WhatsApp” hesabınızın təhlükəsizliyini qorumaq üçün bu şifrə gizli saxlanılmalıdır və heç kimlə bölüşülməməlidir.

- "WhatsApp”da şəxsi 6 rəqəmli təhlükəsizlik şifrəsi yaradın:

"WhatsApp” istifadəçiləri şəxsi 6 rəqəmli təhlükəsizlik şifrəsi yarada bilərlər. Bunun üçün proqram parametrlərində "İki addımlı təsdiqetmə” funksiyasını aktiv edin. Sonra müvafiq xanalara təhlükəsizlik şifrəsini və e-poçt ünvanını əlavə edin.

"Azercell” abunəçilərinin məlumat təhlükəsizliyini təmin etmək və onlara ən yaxşı müştəri təcrübəsini təqdim etmək üçün bu növ məlumatları müntəzəm olaraq onlarla paylaşmağa davam edəcək.

"Azercell” tətbiqlərdən və ya sosial şəbəkələrdən yararlanmaq üçün yalnız mobil internet bağlantısını təmin edir. Tətbiqlərə və sosial şəbəkələrə aid istifadəçi hesablarının təhlukəsizlik və istifadə şərtləri "Azercell” tərəfindən idarə edilmir. Məhz bu səbəbdən bu mövzularda yaranan sual və çətinliklər müvafiq proqramın dəstək xəttinə yönləndirilməlidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi