Azercell Qarabağ qazilərinin xidmətində!

Azercell Qarabağ qazilərinin xidmətində!
İQTİSADİYYAT
19:34 18.03.2022
609
"Azercell Könüllüləri” və şirkətin Mobil Müştəri Xidmətləri Bərpa Mərkəzinə səfər edib. 

Aparıcı mobil operator "Azercell Telekom”-un öz əməkdaşlarından ibarət "Azercell Könüllüləri” xeyriyyə qrupu uzun illərdir ki, əhalinin daha həssas təbəqələri üçün müxtəlif təşəbbüslər həyata keçirməklə yanaşı, Vətən müharibəsində şəhid olmuş əsgərlərimizin ailə üzvlərini, eləcə də, sağlamlığını itirən qazilərimizi hər zaman diqqət mərkəzində saxlamağa çalışır. "Azercell Könüllüləri” növbəti səfərini Novruz bayramı ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Protez Ortopedik Bərpa Mərkəzinin Mürəkkəb Protezləşdirmə Stasionarına etdi. Həmin bərpa mərkəzində müalicə alan qazilərimizlə bir neçə gün ərzində görüşlər keçirən Azercell əməkdaşları təşkil etdikləri bayram süfrəsində onlara xüsusi sovqatlarını təqdim etdilər.

1-ci və 2-ci Qarabağ müharibəsi veteranlarının keyfiyyətli bağlantıya olan tələbatlarını nəzərə alaraq Azercell Mobil Müştəri Xidmətləri komandası da bərpa mərkəzinə baş çəkərək onlara təmənnasız şəkildə 30-dan çox müştəri əməliyyatı həyata keçirdilər. Qeyd etmək lazımdır ki, səfər zamanı bir qayda olaraq Azercell-in Müştəri Xidmətləri Mərkəzlərində göstərilən bütün növ xidmət və əməliyyatlar, o cümlədən yeni təsis, sim kartın dəyişdirilməsi və nömrənin bərpası kimi əməliyyatlar həyata keçirildi. Qələbə sevincini bizə qazandıran məğrur əsgərlərimizin rabitə imkanlarından daha rahat şəkildə yararlanmaq məqsədilə təşkil olunmuş bu təşəbbüsdən qazilər çox razı qaldıqlarını söyləyərək Azercell əməkdaşlarına öz minnətdarlıqlarını ifadə etdilər. 

Xatırladaq ki, bundan öncə Azercell Mobil Müştəri Xidmətləri mobil rabitə təminatçıları arasında ilk dəfə olaraq Şuşaya səfər edərək iki gün ərzində hərbçilər, tibbi heyət və Şuşa şəhərinin bərpasında iştirak edən digər işçi heyəti üçün pulsuz rabitə xidmətləri həyata keçirib və növbəti aylar ərzində işğaldan azad olunmuş digər bölgələrə də səfər etməyi planlaşdırır. 

"Azercell Könüllüləri" xeyriyyə qrupu da şirkətin digər xidmət strukturları ilə birgə əhalinin daha həssas, daha çox qayğıya ehtiyacı olan təbəqələri üçün bundan sonra da yeni sosial təşəbbüslər həyata keçirməyi qarşısına məqsəd qoyub.  

 

 

 

 






OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb  - FOTOLAR
21:43 18.09.2026
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb - FOTOLAR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar