Azercell şəhid övladlarıyla yanaşı şəhidlərin həyat yoldaşlarına da təhsil üçün təqaüd ayırdı

Azercell şəhid övladlarıyla yanaşı şəhidlərin həyat yoldaşlarına da təhsil üçün təqaüd ayırdı
İQTİSADİYYAT
17:57 19.11.2021
492
Fəaliyyətə başladığı gündən etibarən sosial layihələri ilə seçilən "Azercell Telekom” MMC 44 günlük Vətən müharibəsi dövründə canından keçən və böyük qəhrəmanlıq nümunəsi olan şəhidlərimizin ailələrinə dəstəyini davam etdirir. 10 ildən artıq müddətdir ki, Azercell şirkəti tərəfindən reallaşdırılan "Tələbə Təqaüdü” proqramı çərçivəsində ötən il olduğu kimi bu il də tələbə adını qazanmış şəhid övladlarına təqaüd təqdim olunur. Bununla yanaşı, şəhidlərin ali təhsil ocağına daxil olmuş həyat yoldaşları üçün də təhsil müddətinin sonunadək hər təhsil ayı üçün 300 manat məbləğində təqaüd ayrılıb. Azercell Telekom hər zaman qadınların cəmiyyətdə öz yerini tapmasına, peşəkar kadr kimi yetişməsinə xüsusi qayğı ilə yanaşır və bu təşəbbüslə onların inkişafına bir daha töhfə vermiş oldu.

Qeyd edək ki, siyahılar "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən təqdim olunub.

Xatırladaq ki, ötən il Azercell 44 gün davam edən Vətən Müharibəsi zamanı təhsilini yarımçıq qoyaraq, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş tələbələrin proqram çərçivəsində dəstəklənməsi və nəticədə, Azercell tərəfindən Bakı ilə yanaşı, həm də bölgələrdəki müxtəlif ali təhsil ocaqlarının 23 tələbəsinə 200 manat məbləğində təqaüdün verilməsi qərara alınıb.

Azercell həm 44 günlük müharibə dövründə, həm də sonrakı müddətdə hər kəsə şərəf və ləyaqət nümunəsi olan şəhid və qazi ailələrini diqqət mərkəzində saxlayıb, xüsusi

sosial layihələrin təşəbbüskarı və təşkilatçısı kimi çıxış edib. Şirkət tərəfindən şəhid ailəsi himayəyə götürülüb, Vətən müharibəsində şəhid olmuş və yaralanmış hərbçilərin faktura borcları ləğv edilib. Böyük amallar uğrunda canını fəda edən hərbçilərimizin övladları üçün "Böyük Ürəklərdə Kiçik Xatirələr” layihəsi çərçivəsində psixoloji dəstək məqsədilə təlimlər təşkil edilib. Həmçinin balacaların öz qəhrəman ataları haqqında xatirələrindən ibarət kitab dərc olunub. Bundan əlavə, Şanlı Azərbaycan ordusuna sonsuz hörmətin təcəssümü kimi Qələbə Günü münasibətilə müharibə veteranı statusuna malik olan bütün vətəndaşlarımızın istifadəsinə "Veteran tarifi” təqdim olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
21:11 19.10.2026
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Mustafa Aydın: “Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”
21:04 19.10.2026
Mustafa Aydın: “Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib
21:03 19.10.2026
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib
BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib
20:58 19.10.2026
BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib
Fransanın bəzi bölgələrində komendant saatı tətbiq edilir
20:50 19.10.2026
Fransanın bəzi bölgələrində komendant saatı tətbiq edilir
“Sabah” Bakı Olimpiya Stadionunda məşqə çıxıb
20:46 19.10.2026
“Sabah” Bakı Olimpiya Stadionunda məşqə çıxıb
Ukrayna ordusu Rusiyanın radar stansiyası və silah-sursat anbarlarına zərbə endirib
20:38 19.10.2026
Ukrayna ordusu Rusiyanın radar stansiyası və silah-sursat anbarlarına zərbə endirib
"Sabah"ın futbolçusu Akim Zedadka: "Borussiya" ilə oyundan zövq almaq istəyirik"
20:33 19.10.2026
"Sabah"ın futbolçusu Akim Zedadka: "Borussiya" ilə oyundan zövq almaq istəyirik"
Keniya məhkəməsi xristian təriqətinin liderini 190 uşağın qətlində təqsirli bilib
20:28 19.10.2026
Keniya məhkəməsi xristian təriqətinin liderini 190 uşağın qətlində təqsirli bilib
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Borussiya" ilə oyunu səbirsizliklə gözləyirik"
20:20 19.10.2026
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Borussiya" ilə oyunu səbirsizliklə gözləyirik"
BTQ: Parisdə polis bir kanakı amansızcasına döyüb
20:14 19.10.2026
BTQ: Parisdə polis bir kanakı amansızcasına döyüb
Avropanın dörd ölkəsində yüzlərlə məktəb partlayış təhlükəsi xəbərdarlığı alıb
20:09 19.10.2026
Avropanın dörd ölkəsində yüzlərlə məktəb partlayış təhlükəsi xəbərdarlığı alıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
20:04 19.10.2026
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
20:00 19.10.2026
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Macarıstanda 70-dən çox məktəb partlayış təhlükəsi xəbərdarlığı alıb
19:57 19.10.2026
Macarıstanda 70-dən çox məktəb partlayış təhlükəsi xəbərdarlığı alıb
Nigeriyada yaraqlıların hücumu zamanı 10 hərbçi ölüb
19:28 19.10.2026
Nigeriyada yaraqlıların hücumu zamanı 10 hərbçi ölüb