Azercell tələbələr üçün yeni imkanlar açır

Azercell tələbələr üçün yeni imkanlar açır
İQTİSADİYYAT
18:54 17.03.2022
523
Şirkət növbəti əmək yarmarkalarında iştirak edib 

AZXEBER.COM xəbər verir ki, ölkənin ən yaxşı işəgötürən şirkətlərindən biri olan Azercell istedadlı gənclərin işə cəlb olunmasına, peşəkar kadrların yetişdirilməsinə, onların bilik və bacarıqlarının artırılmasına daim xüsusi diqqət ayırır. Tələbə və məzunlar üçün keçirilən əmək yarmakalarında fəal iştirak edən Azercell bu dəfə də ənənəsinə sadiq qalıb. 

Belə ki, "Azercell Telekom” MMC Qərbi Kaspi Universitetində keçirilən əmək yarmarkasında iştirak edib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil edilən tədbirin məqsədi qısa müddət ərzində işəgötürənlərin zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrların seçiminə kömək göstərilməsindən ibarətdir. 

"Azercell Telekom” MMC-nin gənclərin peşəkar kadr hazırlığına dəstək məqsədilə iştirak etdiyi digər platformalar arasında "İBM Cybersecurity Analyst Professional Certificate” və "Google Data Analytics Professional Certificate” inkişaf proqramları çərçivəsində təşkil olunan əmək yarmarkası xüsusi yer tutur. Sərgidə 200-dən artıq gənc, data analitikası və kibertəhlükəsizlik üzrə kadr axtarışında olan müəssisə və təşkilatlar iştirak ediblər. 

Yarmarka çərçivəsində Azercell-in İnsan Kapitalının İdarə Edilməsi departamentinin  mütəxəssisləri iş axtaran gəncləri maraqlandıran sualları cavablandırıb, şirkətdə mövcud vakansiyalar, iş şəraiti, namizədlər üçün tələblər və kadrların seçilməsi, tələbələr üçün təşkil edilən təcrübə və təqaüd proqramları haqqında ətraflı məlumatı bölüşüblər. 

Qeyd edək ki, on beş ildən artıqdır ki, Azərbaycan universitetlərində təhsil alan istedadlı gənclər Azercell-in xüsusi Tələbə Təqaüdü ilə təltif olunur və  Təcrübə Proqramları çərçivəsində şirkətdə iş təcrübəsi ilə yanaşı müxtəlif təlimlərdən də faydalana bilirlər. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb  - FOTOLAR
21:43 18.09.2026
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb - FOTOLAR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar