“Azərlotereya” ASC-nin "Əmanətə sədaqət" layihəsi uğurla davam edir - FOTO

“Azərlotereya” ASC-nin "Əmanətə sədaqət" layihəsi uğurla davam edir - FOTO
İQTİSADİYYAT
16:20 16.09.2022
445
"Azərlotereya" ASC "Əmanətə sədaqət" devizinə əsaslanaraq vətən uğrunda canlarından keçmiş şəhidlərimizin bizə yadigar qalan ailə üzvləri üçün təhsil təqaüdü proqramını davam etdirir. Şirkət təqaüd ayırdığı Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirib.
 
Tədbir canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin, o cümlədən 13-14 sentyabr tarixlərində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan hərbçilərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə "Azərlotereya”nın İdarə Heyətinin sədri Zafer Reisoğlu, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı, Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev, "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə və  təqaüdlə təmin olunan tələbələr iştirak ediblər. 

"Azərlotereya”nın İdarə Heyətinin sədri Zafer Reisoğlu çıxışında şəhidlərimizin ailələrini diqqət mərkəzində saxlamağın hər birimizin borcu olduğunu vurğulayıb:  "Azərlotereya” ASC olaraq ölkəmizin inkişafında əhəmiyyətli sahələrdən olan təhsil sahəsində vacib layihələrin keçirilməsinə, eləcə də Vətənimizin azadlığı uğrunda canlarını fəda vermiş şəhidlərimizin ailələrinə dəstək olmağa çalışırıq. Məqsədimiz şəhid ailələrinin sosial müdafiəsi, onların rifah halının yaxşılaşdırılması istiqamətində dövlətin prioritet siyasətinə dəstək göstərmək, həmin ailələrin qayğı ilə əhatələnməsinə nail olmaqdır”.

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı da şəhidlərin əmanətinə sahib çıxmağın önəmli olduğunu vurğulayıb: "Bu istiqamətdə dövlət tərəfindən çox mühüm işlər görülür. Eyni zamanda şəhid ailələrinə korporativ sosial məsuliyyət layihəsi çərçivəsində şirkətlərin, dərnəklərin sahib çıxması böyük əhəmiyyət daşıyır. Bu baxımdan "Azərlotereya” ASC-nin, "Demirören Holding” şirkətinin, Elm və Təhsil Nazirliyi, eləcə də "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə birgə reallaşdırdığı  "Əmanətə sədaqət” layihəsi örnək göstərilə biləcək layihədir”. 

Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev və "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxışlarında "Azərlotereya”ya şəhid ailələrinə ayrılan diqqətə görə təşəkkür edib, təqaüd proqramının şəhid övladlarının parlaq gələcəyinə töhfə verəcəyinə inandıqlarını bildiriblər.

Daha sonra çıxış edən şəhid polkovnik leytenant, Vətən müharibəsi Qəhrəmanı Əfqan Əbdürrəhmanovun qızı, Azərbaycan Dillər Universitetinin tələbəsi Hilalə Əfqan təqaüd alan tələbələr adından "Azərlotereya” ASC, Elm və Təhsil Nazirliyi, həmçinin  "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinə təşəkkür edib. 

Qeyd edək ki, "Azərlotereya" ASC-nin Elm və Təhsil Nazirliyi, eləcə də "Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlığı nəticəsində həyata keçirilən sosial layihə hazırda 62 nəfəri əhatə edir ki, onlardan 55-i Azərbaycanda, 7-si Türkiyədə təhsil alır. Layihə çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbəsi olan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərcləri qarşılanır. "Azərlotereya” ASC-nin təqaüd proqramı növbəti illərdə də Azərbaycan və Türkiyənin dövlət universitetlərində ali təhsil almaq istəyən şəhid övladlarına şamil olunacaq.

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi