AZƏRTAC: TASS-ın Azərbaycan xalqına yad toponimi reanimasiya cəhdi anlaşılmazlıq doğurur

AZƏRTAC: TASS-ın Azərbaycan xalqına yad toponimi reanimasiya cəhdi anlaşılmazlıq doğurur
SİYASƏT
00:12 01.08.2025
4356
TASS-ın divarlarında Azərbaycan xalqına yad olan köhnə adın reanimasiya edilməsi cəhdi təəccüb doğurur.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyi AZƏRTAC-ın açıqlamasında deyilir.

"İyulun otuz birində Rusiya Federasiyasının TASS informasiya agentliyi "Stepanakertdə Ayvazovskinin abidəsi söküldü" (https://tass.ru/obschestvo/24675415) başlığı ilə məlumat yayıb.

"Başlığın özündən də göründüyü kimi, AZƏRTAc-ın onilliklər ərzində mehriban, tərəfdaşlıq və hətta dostluq əlaqələrini daim dəstəklədiyi və qiymətləndirdiyi agentlik rəhbərliyi gözlənilmədən əvvəlki kursunu dəyişib və tarixin zibilxanasından çoxdan atılmış "Stepanakert" toponimini başlığa çıxarıb.

Ancaq bu yaxınlarda agentlik öz xəbərlərində şəhərin rəsmi və tarixi adından – Xankəndi (məsələn, 19 iyul, https://tass.ru/mezhdunarodnaya-panorama/24558165 ), 24 iyul https://tass.ru/politika/24602463 və s.). adından istifadə edib.

Azərbaycan xalqına yad olan köhnə adın TASS divarlarında reanimasiya cəhdi anlaşılmazlıq yaratdı və ədalətli sual doğurdu: Son bir həftədə nə dəyişdi ki, Rusiya Dövlət İnformasiya Agentliyində çoxdan keçmiş sovet dövrünün toponimini "diriltmək" qərarına gəldı?

Xankəndi XVIII əsrin sonlarında yaranmış yaşayış məntəqəsinin tarixi adıdır. Azərbaycan dilindən tərcümədə "Xan kəndi" deməkdir. Xankəndidə hökmdara məxsus Qarabağ at sürüsünün saxlanıldığı İbrahim Xəlil xanın malikanəsi yerləşirdi.

7 İyul 1923-cü ildə bolşevik rəhbərliyi tərəfindən Dağlıq Qarabağın Muxtar Vilayəti (DQMV) yaradıldıqdan sonra, özü-özlüyündə yavaş minasına çevrilmiş və Ermənistan – Azərbaycan inzibati – ərazi demarkasiyasında ədalətsizliyin və balanssızlığın əsasını qoyub, muxtariyyətin inzibati mərkəzi - Xankəndi şəhəri həmin il avqustun 10-da sovet tarixşünaslığında yazıldığı kimi "Bakı kommunasının rəhbəri", Azərbaycan xalqının qanlı cəlladı Stepan Şaumyanın şərəfinə "Stepanakert" adlandırılıb.

26 noyabr 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə əvvəlki tarixi adı şəhərə qaytarılıb. 15 oktyabr 2023-cü il tarixində Azərbaycan Prezidenti İlham Əliyev şəhərin əsas meydanında Azərbaycan Respublikasının dövlət bayrağını qaldırıb və 7 fevral 2024-cü il son prezident seçkiləri günü bu şəhərdə səs verdi və seçki qutusuna endirdiyi bülleteni "erməni separatçılarının tabutuna vurulmuş son mismar" adlandırdı.

TASS-ın bugünkü xəbərinin adı və mətni Azərbaycan cəmiyyətində anlaşılmazlıq və hətta hiddət doğurdu.

Rusiyanın dövlət mediası rəhbərliyinin əvvəlki kursdan çıxması agentliklərimiz və kollektivlərimiz arasında ənənəvi dostluq münasibətlərini pozur və bütün Rusiya media məkanına təhlükəli bir siqnal göndərir. Yalnız xoş niyyət və iki agentlik arasında çoxillik əlaqələri saxlamaq istəyi ilə idarə olunan AZƏRTAC TASS-dan olan həmkarlarını gələcəkdə bu cür hərəkətləri təkrarlamaqdan çəkinməyə və mümkün fikir ayrılıqlarını dərinləşdirmək əvəzinə bütün səylərini münasibətləri yaxşılaşdırmağa yönəltməyə çağırır.

AZƏRTAC öz növbəsində bəyan etmək səlahiyyətinə malikdir ki, agentlik TASS ilə yaxşı münasibətləri saxlamağa çalışır, eyni zamanda rusiyalı həmkarlarından buraxılmış səhvi düzəltməyi gözləyir. Əgər Azərbaycan tərəfi qarşılıq və anlaşma görməsə, böyük təəssüf hissi ilə cavab olaraq Kalininqrad (Keniqsberq), Orenburq (Orınbor), Volqoqrad (Sarısu), Qroznı (Solja-Qala), Novorossiysk (Sujuk-Qala), Yujno-Saxalinsk (Toyohara), Yujno-Kurilsk (Furukamappu), Petrozavodsk (Petroskoi), İjevsk (İjkar) şəhərlərinin, Volqa çayı (itil) və digər bir sıra tarixi adlardan istifadə edəcək”, - açıqlamada deyilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakının mərkəzinə yaxın ərazidə evlər 41 min manata– SƏBƏB budur
16:03 05.11.2026
Bakının mərkəzinə yaxın ərazidə evlər 41 min manata– SƏBƏB budur
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
15:57 05.11.2026
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
15:54 05.11.2026
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
15:43 05.11.2026
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
15:38 05.11.2026
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
15:36 05.11.2026
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər