Bakıda 1 saat işıq olmadı - FOTOLAR

Bakıda 1 saat işıq olmadı -  FOTOLAR
MƏDƏNİYYƏT
02:10 24.03.2013
6005
Son vaxtlar dünyada iqtisadiyyatın inkişafı, demoqrafik artım və s. kimi proseslər nəticəsində təbiətə olan texnogen təsirlərin miqyası genişlənir. Bəşəriyyətin enerjiyə olan tələbatı artdıqca ətraf mühitə atılan istixana effekti yaradan karbon tullantılarının miqdarı da çoxalır. Atmosferdə qaz balansının dəyişməsi isə bir çox ekoloji problemlərin yaranmasına, o cümlədən qlobal istiləşmə, iqlim dəyişkənliyi kimi fəsadların meydana gəlməsinə şərait yaradır.AZXEBER.COM-un məlumatına görə, bu problemlərlə mübarizədə hər il mart ayının sonunda Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən təşkil edilən “Yer saatı” (“Earth Hour”) aksiyası çərçivəsində müxtəlif ölkələrdə yaşayan milyonlarla insan birləşərək 1 saatlıq elektrik enerjisindən istifadəni dayandırırlar.AzərTAc xəbər verir ki, “Yer saatı” aksiyasının Azərbaycan üzrə rəsmi tərəfdaşı olan IDEA Kampaniyası və “Earth Hour Azerbaijan” cari ildə də Bakı şəhərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun dəstəyi ilə müxtəlif maarifləndirici tədbirlər keçirib.Bu gün yerli vaxtla saat 20:30-da Bakı şəhərinin simvolu olan Qız qalasının qarşısında start götürən aksiya çərçivəsində Alov Qüllələri, Şirvanşahlar Sarayı, Məhəmməd məscidi, o cümlədən şəhərimizin digər 10-a yaxın müasir və tarixi binalarının fasadının, bəzi otellərin və alış-veriş mərkəzlərinin işıqlandırılması bir saat müddətində dayandırılıb.Aksiya çərçivəsində 200-ə yaxın gəncin iştirakı ilə müxtəlif ekoloji fəaliyyətləri özündə birləşdirən tədbir keçirilmişdir.Tədbirdə çıxış edənlər qlobal aksiyanın ölkəmizdə yaranma tarixi və əhəmiyyəti haqqında məlumat vermişlər. Bildirilmişdir ki, aksiyanın məqsədi ekoloji problemlər ilə mübarizədə ictimaiyyətin rolunu artırmaqdır. Cəmiyyətin diqqətini enerji sərfiyyatının və təbii resursların qənaətinə yönəltməkdir.Qeyd olunmuşdur ki, “Yer saatı” aksiyası IDEA Kampaniyasının fəaliyyətinin bir neçə istiqaməti ilə eynilik təşkil edir. Çünki karbon tullantılarının azaldılması kampaniyanın fəaliyyət istiqamətlərindən biridir.Diqqətə çatdırılıb ki, “Yer saatı” aksiyası dünyada ilk dəfə 2007-ci ildə Sidney şəhərində keçirilmiş və təxminən 2.2 milyon insanı əhatə etmişdir. Hazırda “Earth Hour” şəbəkəsi ilə əməkdaşlıq edən ölkələrin sayı 150-dən, iştirakçı şəhərlərin sayı isə 6900-dən çoxdur. Ötən ildən “Yer saatı” aksiyasına qoşulan IDEA Kampaniyası 2011-ci il iyul ayının 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb.Aksiya çərçivəsində gənclər “60+” adlı flaşmöb keçirmiş, işıqların söndürüldüyü 60 dəqiqə müddətində musiqi sədaları altında müxtəlif rəqsləri nümayiş etdiriblər.Aksiya şəhərimizin qonaqları və sakinləri tərəfindən maraqla qarşılanıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
13:30 30.07.2026
Fransada güclü istilər: 21 bölgədə narıncı həyəcan siqnalı
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
13:05 30.07.2026
Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
13:04 30.07.2026
Dövlət qurumunun vəzifəli şəxslərinə xüsusi telefonlar veriləcək
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
13:02 30.07.2026
“Natiqlik mədəniyyətinin regionlarda təbliği” layihəsi çərçivəsində ilk tədbir Ağsuda keçirildi – FOTOLAR
Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR
12:58 30.07.2026
Veysəloğlunun dəstəyi ilə “Zəfər” düşərgəsi yekunlaşdı - FOTOLAR
Ermənistan hökuməti istefaya gedəcək - Bu tarixdə
12:53 30.07.2026
Ermənistan hökuməti istefaya gedəcək - Bu tarixdə