Bakıda 40 yaşlı kişini avtomobil vurub, vəziyyəti ağırdır

HADİSƏ
00:17 04.04.2021
605
Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM-un məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, yolu keçən 1981-ci il təvəllüdlü Aqil Əzizovu avtomobil vurub. Ağır bədən xəsarətləri alan yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Ə. Aqil reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR