Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1952-ci il təvəllüdlü Əlixanova Məlahət Piri qızı yolu keçmək istəyərkən motosiklet onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona sol budunun sınığı diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib.