Paytaxtın Xəzər rayonu ərazisində naməlum şəxs azyaşlının mobil telefonunu talayaraq ələ keçirib.
AZXEBER.COM xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 20 yaşlı M.Cabbarov saxlanılıb.
Digər əməliyyat zamanı isə Xətai rayonu ərazisində sakinlərdən birinin evindən 2400 manat dəyərində qızıl-zinət əşyaları və pul vəsaiti oğurlamaqda şübhəli bilinən 23 yaşlı İ.Feyzullayev də polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.











































