İspaniya Kubokunun 1/8 final mərhələsində böyük hesablı nəticə qeydə alınıb. “Barselona” “Hospitalet”i darmadağın edib. Kataloniyalılar doqquz cavabsız qol vurublar. “Barselona” nın heyətində Pedro (11-ci dəqiqə (pen.)), İnyesta (19), Alkantara (23, 55 (pen.)), Xavi (36), Telyo (43, 65) və Kuenka (49, 81) fərqləniblər.