Baş epidemioloq: "Nəyə deyirsiniz and içim ki, Azərbaycanda koronavirus yoxdur"

Baş epidemioloq: "Nəyə deyirsiniz and içim ki, Azərbaycanda koronavirus yoxdur"
SAĞLAMLIQ
16:31 25.02.2020
3984
"Bu gün Azərbaycanda koronavirusa yoluxan insan yoxdur. Səhiyyə Nazirliyi bu kimi hallardan qorunmaq üçün hər zaman qabaqlayıcı tədbirləri yüksək səviyyədə görür. Hazırda ölkədə epidemioloji həddi aşan heç bir yoluxucu xəstəlik qeydə alınmayıb. Buna tam əmin ola bilərsiniz”.

Bunu "Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Baş epidemioloqu İbadulla Ağayev deyib.

O, Azərbaycanda koronavirus epidemiyasının olduğunu iddia edənləri insaflı olmağa çağırıb: "Bəziləri əllərində dəqiq məlumat olmadığı halda, yalan informasiyalarla camaatı qorxudub xofa salırlar. Əmin ola bilərsiniz ki, ölkədə koronavirusa yoluxma faktı aşkarlansa, bunu hamıdan əvvəl nazirliyin rəsmisi kimi özüm xəbər verəcəm. Allah o virusu bizdən kənar eləsin”.

Baş epidemioloq qeyd edib ki, koronavirusa görə qabaqlayıcı tədbirlər çərçivəsində ayrılan xəstəxanalarda şübhəli şəxs qismində heç kim saxlanılmır: "Onlar sadəcə respirator qrip virusuna görə müraciət edənlərdir. Həmin xəstəxanalarda müalicə olunanlara koronavirus diaqnozunu kim qoyub?! Təşviş üçün heç bir əsas yoxdur. Olmayan bir halın mövcudluğunu necə təsdiqləyə bilərik?! Əgər belə bir təhlükə olsa, onu gizlədən deyilik. Biz xalqımızın düşməni deyilik ki?!”

Mütəxəssis tibbi maskaların və spirtin koronavirusdan qorunmaq üçün effektiv olub-olmaması məsələsinə də toxunub: "Əgər bu virus ölkədə varsa, maska taxılsa da insana keçəcək. Əgər mən xəstələnməmişəmsə, niyə qoruyucu maska taxım?! Yəni bu gün insanları narahat edəcək hal yoxdur. Nəyə deyirsiniz and içim ki, ölkədə sabitlikdir və koronavirus yoxdur. Gigiyenik normativlərə riayət etmək daha yaxşı olar. Hətta məsləhət görərdim ki, üzü sabunla yuduqda burun dəliklərini də həmin məhlulla təmizləsinlər”.

İ.Ağayev deyib ki, hər bir şəxs özünün həkimi olmalıdır: "Əgər bazardan meyvə alıb onu yumadan yeyirlərsə, burada həkimin nə günahı var?! Virus törədən xəstəliklərin hamısı bir-birinə oxşayır. Xəstələnən zaman mütləq həkimə müraciət edilməlidir. Göstəriş olmadan heç bir dərman vasitəsi içilmək olmaz”.

Qeyd edək ki, Azərbaycanda koronavirusla bağlı Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq infeksion xəstəxanasında xüsusi palatalar ayrılıb. 

Xatırladaq ki, dünyada 79 331 nəfər koronavirusa yoluxub. Həmin faktlardan 77 262 Çində qeydə alınıb. Epidemiya 2 704 nəfərin ölümünə səbəb olub. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
14:06 23.09.2026
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
13:58 23.09.2026
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
13:50 23.09.2026
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
13:36 23.09.2026
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
13:27 23.09.2026
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
13:12 23.09.2026
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
13:11 23.09.2026
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
12:45 23.09.2026
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
12:39 23.09.2026
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
12:39 23.09.2026
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
12:36 23.09.2026
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
12:33 23.09.2026
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı