Baş Prokurorluq Elinanın ölümü ilə bağlı məlumat yaydı

Baş Prokurorluq Elinanın ölümü ilə bağlı məlumat yaydı
SOSİAL
19:06 30.05.2019
5592

Xəbər verildiyi kimi Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Baş ProkurorluqdanAZXEBER.COM -a  daxil olan məlumatda qeyd edilir ki, istintaq qrupu tərəfindən cinayət işi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mütəxəssisləri cəlb edilməklə intensiv istintaq tədbirləri həyata keçirilir.

Belə ki, iş üzrə çoxsaylı şahidlər, o cümlədən Elina Hacıyevanın təhsil aldığı məktəbin vəzifəli şəxsləri, müəllimləri və sinif yoldaşları dindirilib, videomüşahidə kameralarına, mobil telefonlara, sənədlərə baxış keçirilmiş, mobil telefonlarla aparılan danışıqlara, yazışmalara dair məlumatlar əldə edilməklə təhlil olunub. 

Cinayət işi üzrə yüksək ixtisaslı, böyük elmi və iş təcrübəsi olan peşəkar ekspertlər cəlb edilməklə komisyon məhkəmə-tibbi, məhkəmə-xətşünaslıq, məhkəmə kompüter-texniki, məhkəmə-psixoloji, məhkəmə-fonoskopik ekspertizaları təyin edilmiş, müvafiq sorğular verilib.

E.Hacıyevaya tibbi yardım göstərilməsi məqsədilə təcili tibbi yardım xidmətinə vaxtında müraciət olunması, hadisə yerində və xəstəxanada lazımi tibbi yardımın göstərilməsi, müalicəsinin diaqnoza uyğun aparılması, xəstəxanaya gec çatdırılmasının ölümü ilə səbəbli əlaqəsinin olması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması istiqamətində zəruri prosessual tədbirlər həyata keçirilir.

Hazırda cinayət işi üzrə bütün xüsusatlar tam və hərtərəfli araşdırılmaqla toplanmış mötəbər sübutlara əsasən təqsiri müəyyən olunacaq bütün şəxslərin əməllərinə hüquqi qiymət verilməsi təmin olunacaqdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq
17:24 15.07.2026
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq
14 il şiddət görən qadının əri saxlanıldı
17:20 15.07.2026
14 il şiddət görən qadının əri saxlanıldı
Azərbaycanda estetik görünüşün qiyməti: Hansı əməliyyat neçəyə başa gəlir?
17:13 15.07.2026
Azərbaycanda estetik görünüşün qiyməti: Hansı əməliyyat neçəyə başa gəlir?
ABŞ-İran gərginliyi pik həddə: Bölgədə böyük müharibə olacaq?
17:06 15.07.2026
ABŞ-İran gərginliyi pik həddə: Bölgədə böyük müharibə olacaq?
Bir vaxtlar yalnız filmlərdə görürdük: Dünya nəhəngləri Azərbaycana necə gəldi?
16:44 15.07.2026
Bir vaxtlar yalnız filmlərdə görürdük: Dünya nəhəngləri Azərbaycana necə gəldi?
Birbank Invest: investisiyaya aparan rəqəmsal yol
16:28 15.07.2026
Birbank Invest: investisiyaya aparan rəqəmsal yol
İnsan alverinə qarşı mübarizə ilə bağlı sənəd - Təsdiqləndi
16:27 15.07.2026
İnsan alverinə qarşı mübarizə ilə bağlı sənəd - Təsdiqləndi
Deputatdan Çin avtomobilləri ilə bağlı TƏKLİF
16:22 15.07.2026
Deputatdan Çin avtomobilləri ilə bağlı TƏKLİF
Bakının gecə iqtisadiyyatı: Şəhər yatanda kimlər qazanır?
16:18 15.07.2026
Bakının gecə iqtisadiyyatı: Şəhər yatanda kimlər qazanır?
“Azercell Cup – 2026” proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi başa çatdı
15:53 15.07.2026
“Azercell Cup – 2026” proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi başa çatdı
FHN-dən hava xəbərdarlığı: Sel, ildırım və güclü küləklə bağlı əhaliyə çağırış
15:45 15.07.2026
FHN-dən hava xəbərdarlığı: Sel, ildırım və güclü küləklə bağlı əhaliyə çağırış
Hərbi əməliyyatlar aparılan ərazilərdə işləməyin - Rəsmi Bakı
15:32 15.07.2026
Hərbi əməliyyatlar aparılan ərazilərdə işləməyin - Rəsmi Bakı
"Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü
15:19 15.07.2026
"Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü
Tağı İbrahimovun cəzası 6 ay azaldıdı - 10 nəfərin ölüm işi
15:15 15.07.2026
Tağı İbrahimovun cəzası 6 ay azaldıdı - 10 nəfərin ölüm işi
Sümükləri səssizcə məhv edən xəstəlik: Osteoporozun gizli əlamətləri
15:13 15.07.2026
Sümükləri səssizcə məhv edən xəstəlik: Osteoporozun gizli əlamətləri
Yayda qida zəhərlənmələri niyə artır? - Ən təhlükəli məhsullar bunlardır
14:48 15.07.2026
Yayda qida zəhərlənmələri niyə artır? - Ən təhlükəli məhsullar bunlardır