Berti Foqts: “Azərbaycan millisinin baş məşqçisi mən olmasam belə...”
İDMAN
10:31 26.11.2011
1665
“Növbəti seçmə mərhələdə Azərbaycan millisinin baş məşqçisi mən olmasam belə, bu təqvim hər hansı digər məşqçi üçün də rahat olacaq”. Bunu Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts “affa.az” saytına deyib.Foqts yığmamızın 2014-cü il dünya çempionatının seçmə mərhələsində F qrupundakı təqvimindən razılığını bildirib: “Hesab edirəm ki, yaxşı təqvim tərtib olundu. İstədiklərimiz təqvimdə öz əksini tapdı. İlk oyunumuzu evdə İsrail yığmasına qarşı keçirəcəyik. Çətin oyun olacaq. Amma düşünürəm ki, müsbət nəticə əldə edə bilərik.İsrail yığması çox güclü komandadır. Təbii ki, Portuqaliya və Rusiya milliləri qrupun favoritləridir. Belə komandaların, Ronaldo, Nani və digər tanınmış futbolçuların Azərbaycana gəlişi azarkeşlər üçün sevindirici məqamlardan biri olacaq”.Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələyə 2012-ci il sentyabrın 7-də İsraillə ev oyunu ilə başlayacaq. Sonradan komandamız qrupdakı digər rəqiblər – Portuqaliya, Rusiya, Şimali İrlandiya və Lüksemburqla ardıcıl 4 səfər oyununa çıxacaq. Millimiz qalan 4 ev oyununu 2013-cü ildə keçirəcək.