Beynəlxalq Əlillər Günü Münasibəti ilə inkluzif veloyürüş həyata keçirildi - FOTOLAR

Beynəlxalq Əlillər Günü Münasibəti ilə inkluzif veloyürüş həyata keçirildi - FOTOLAR
GƏNCLİK
17:38 03.12.2021
827
"Azərbaycn Velosipedçilərə Dəstək” İctimai Birliyi 3-Dekabr Beynəlxalq Əlillər Günü Münasibəti ilə inkluzif veloyürüş həyata keçirir.

"Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə həyata keçirilən inklüziv veloyürüşün digər dəstəkçiləri Velosiped İdmanı Federasiyası və ARB Media Qrupdur.
 
Məqsəd ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltmək, həmçinin onları para-velosiped idmanına cəlb etməklə cəmiyyətə inteqrasiyasına və psixoloji vəziyyətlərinin bərpasına dəstək vermək, özünəinam hisslərini artırmaq, eləcə də əlilliyi olan şəxslərə və əlilliyi olan uşaqların valideynlərinə müasir Bakının müəssərliyini göstərməkdir. "Su İdmanı Sarayı”nın qarşısından start götürülərək "Bakının Gözü” (Dəniz Molun yaxınlığındakı karusel) atraksiyonuna qədər davam edən yürüşə Para-Velosiped Klubu, AzVİF və müxtəlif velosiped klublarını təmsil edən, ümumilikdə 20-dən çox velosipedçi qatılıb.





OXŞAR XƏBƏRLƏR