“Bəzi QHT-lər “xalq diplomatiyası” adı altında işğalçı Ermənistanın maraqlarının ifadəçisinə çevrilib” - Əli Həsənov

“Bəzi QHT-lər “xalq diplomatiyası” adı altında işğalçı Ermənistanın maraqlarının ifadəçisinə çevrilib” - Əli Həsənov
SİYASƏT
17:04 15.08.2014
1545
“Mövcud boşluqlardan istifadə edən bəzi xarici və daxili dairələr siyasi partiyaların, QHT və KİV-in fəaliyyətinə nüfuz edib, onları bu və ya digər qeyri-qanuni yollarla maliyyələşdirib və müvafiq olaraq istiqamətləndirib”
 “Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqsədi Azərbaycanı güclü, inkişaf etmiş, müasir və nüfuzu ölkəyə çevirməkdir. Hesab edirik ki, son 10 ildə bu istiqamətdə mühüm uğurlar qazanılıb. Ötən dövrdə qarşıya qoyulmuş əsas vəzifələrdən biri də ölkəmizdə hüquqi dövlət quruculuğu, vətəndaş təşəbbüslərinin dəstəklənməsi və siyasi plüralizmə əsaslanan güclü demokratik cəmiyyətin formalaşmasını təmin etməkdən ibarət olub”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bəzi Qərb dairələri, bir sıra xarici təşkilatlar və media orqanlarının Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin pisləşdiyini və vətəndaş cəmiyyəti institutlarının sıxışdırıldığı barədə iddialarını şərh edərkən deyib.
Ə. Həsənovun sözlərinə görə, bu məqsədlə mövcud qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması ardıcıl şəkildə davam etdirilib, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin inkişafına maneçilik törədən hallar aradan qaldırılıb, onlara hərtərəfli dövlət dəstəyi göstərilib: “Sirr deyil ki, vətəndaş cəmiyyəti institutlarının inkişafını məhdudlaşdıran ciddi amillərdən biri də bu sahədə qanunların tələblərinin tez-tez pozulması – qeyri-şəffaflıq, maliyyə-uçot sisteminin ən adi tələblərə cavab verə bilməməsi və s. olub. Mövcud boşluqlardan istifadə edən bəzi xarici və daxili dairələr Azərbaycanın milli qanunvericiliyinin tələblərinə zidd olaraq siyasi partiyaların, QHT və KİV-lərin fəaliyyətinə nüfuz edib, onları bu və ya digər qeyri-qanuni yollarla maliyyələşdirib və müvafiq olaraq istiqamətləndiriblər.
Məhz bunun nəticəsidir ki, bəzi QHT-lər “xalq diplomatiyası” adı altında işğalçı Ermənistanın xüsusi xidmət orqanlarının nəzarətində olan yerli təşkilatlarla əməkdaşlıq əlaqələri qurub, düşmən ölkənin maraqlarının ifadəçisinə çevriliblər. Ən acınacaqlısı isə odur ki, bu tipli QHT və fiziki şəxslər, bəzi jurnalistlər onları maliyyələşdirən xarici dairələrə arxalanaraq, özlərini milli qanunvericilikdən yüksəkdə tutub, öz qrant layihələrini reyestrdən keçirməkdən, maliyyə hesabatlarını təqdim etməkdən, vergi ödəməkdən və hökumətin digər qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırıblar. 
Dövlət orqanlarının adekvat addımları isə təəssüf ki, bu gün həmin dairələr tərəfindən “vətəndaş cəmiyyətinə basqı”, QHT-lərin və medianın fəaliyyətinin “məhdudlaşdırılması” kimi qələmə verilir, Azərbaycana qarşı məqsədli qarayaxma kampaniyası təşkil olunur.
Hesab edirik ki, bəzi Qərb dairələri, bir sıra xarici təşkilatlar və media orqanlarının Azərbaycanda guya “avtoritar”, “diktatura” və s. bu kimi idarəçilik metodlarının tətbiq edilməsi ilə bağlı iddiaları əsassız və qərəzlidir.
Azərbaycanda istər qanunvericilik, istərsə də praktiki baxımdan vətəndaş cəmiyyəti institutlarının sərbəst şəkildə fəaliyyət göstərməsi üçün müvafiq şərait tam təmin edilib. Hökumətin əsas tələbi ondan ibarətdir ki, inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da QHT-lərin və medianın fəaliyyətində demokratik azadlıqlardan sui-istifadə hallarına yol verilməsin və bu sahədə qanunların aliliyi təmin edilsin. Qanunlar tələb edir ki, QHT-lər öz nizamnamələrinə uyğun fəaliyyət göstərsin, qanun qarşısındakı vəzifələrini və məsuliyyətlərini dərindən dərk etsin, cəmiyyətdə ictimai nəzarət funksiyasını sağlam şəkildə həyata keçirsin, onları siyasətə sürükləyənlərə, siyasi partiyaların əlavəsinə, bəzi xarici dairələrin anti-Azərbaycan fəaliyyətində ucuz alətə çevirmək istəyənlərə “Yox!” desinlər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək