Binəqədi rayonunda "Rumıniyanın Milli Mədəniyyət Günü"nə həsr edilmiş tədbir keçirilib - FOTO

Binəqədi rayonunda "Rumıniyanın Milli Mədəniyyət Günü"nə həsr edilmiş tədbir keçirilib - FOTO
SOSİAL
10:16 16.01.2022
465
14 yanvar 2022-ci il tarixində Binəqədi rayonunda dahi rumın bəstəkarı, dirijoru və və mahir musiqiçisi Corce Eneskunun adını daşıyan parkda "Rumıniyanın Milli Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
 
Tədbirdə Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasile Soare, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, səfirin müavini, diplomatik müşavir İon Naval, diplomatik müşavir Toma-Kristian Daçika, Moldovanın müvəqqəti işlər Vəkili Nikolae Kojuhari və səfirliyin digər əməkdaşları, eləcə də RİH başçısı Aparatının məsul əməkdaşları və rayon ictimaiyyəti iştirak edirdilər.
 
Ziyarət zamanı görkəmli rumın bəstəkarı Corce Eneskunun abidəsi önünə çiçəklər düzülmüş və xatirəsi ehtiramla yad edilmişdir.
 
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasile Soare və səfirin müavini, diplomatik müşavir İon Naval ilə görüşmüşdür.  
 
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev iki ölkə arasında dostluq münasibətlərindən danışaraq bu formada olan mədəni tədbirlərin vacibliyini, ölkələrimizin müxtəlif sahələrdə sıx əməkdaşlığını, xalqlarımızın uzun illərdir dostluq etdiyini, bir-birinin mədəniyyətinə və ənənələrinə hörmətlə yanaşdıqlarını, rayon ərazisində 2006-cı ildə dahi rumın bəstəkarının adına inşa edilən və yenidən təmir-bərpa işləri aparılaraq yalnız rayon sakinlərinin deyil, eyni zamanda respublikamıza gələn qonaqların da istirahəti üçün nəzərdə tutulan bu gözəl parkın səmimi dostluğun, dövlətlərarası mədəniyyətin bariz nümunəsi olduğunu  qeyd etdi.
 
Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare iki ölkə arasında olan dostluq münasibətlərindən bəhs edərək qeyd etdi ki, Azərbaycanda "Rumıniya Milli Mədəniyyəti Günü”nün keçirilməsi iki dövlət arasında humanitar əlaqələrin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Səfir, o cümlədən, yüksək səviyyəli təşkilatçılığa görə Binəqədi Rayon İcra Hakimiyyəti başçısına və kollektivə öz təşəkkürünü bildirdi.
Qeyd edək ki, "Mədəniyyət Günü” Rumıniyanın xalq şairi Mihai Emineskunun dünyaya gəlməsi ilə eyni gündə keçirilib. Bu tarixin "Rumıniyanın Milli Mədəniyyət Günü” kimi seçilməsində xüsusi önəmi var. Belə ki, M.Eminesku müasir rumın dilinin inkişafına verdiyi üstün töhfələrə görə Rumıniya mədəniyyətinin "Dan ulduzu” adlandırılaraq əsas simvol hesab olunur.
 
Corce Enesku - tanınmış bəstəkar, skripkaçı, pianist, dirijor və müəllim olub, Rumıniyanın ən görkəmli musiqiçisidir. Eneskunun əsərlərinin bir çoxu ilhamını rumın xalq musiqilərindən alıb. "Rumıniya Rapsodiyaları” (1901, 1902), "Oedipus” (1936) operası və orkestr üçün suitaları onun ən məşhur bəstələrindəndir. Onun karyerasının şərəfinə, eləcə də Rumıniyaya və dünya musiqisinə verdiyi töhvələrinə görə, Buxarest Avropada ən böyük müsabiqələrdən birinə "Corce Enesku Beynəlxalq Festivalı”na ev sahibliyi edir.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
14:40 25.06.2026
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
14:38 25.06.2026
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
14:36 25.06.2026
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu
14:20 25.06.2026
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu