'BlackBerry' modelindən istifadə edənlərə xoş xəbər

DÜNYA
15:21 11.12.2012
1672

“Research in Motion” şirkəti “BlackBerry” smartfonları üçün yeni messencer versiyası təqdim edib.AZXEBER.COM-un Lenta.Ru-ya istinadən verdiyi xəbərə görə, messencerə əlavə edilən yeni funksiya səsli zənglərdən istifadənin mümkün olmasıdır.Zənglər pulsuzdur. Wi-Fi şəbəkəsinə qoşulma həyata keçirdikdən sonra bu funksiyadan istifadə etmək olar. Yeni funksiya “BBM Voice Call” adlandırılıb.Bundan əlavə messencerə 16 yeni “smayl” əlavə olunub.“BlackBerry Messenger 7”-ni “BlackBerry App World” əlavələr maqazinindən yükləmək olar.

OXŞAR XƏBƏRLƏR