BMT-nin Baş katibi təhsilə mane olan və ayrı-seçkilik yaradan qanunları ləğv etməyə çağırıb

BMT-nin Baş katibi təhsilə mane olan və ayrı-seçkilik yaradan qanunları ləğv etməyə çağırıb
DÜNYA
20:39 24.01.2023
276
"Təhsilə çıxışa mane olan və ayrı-seçkilik yaradan bütün qanunlar və praktikalara son qoymaq vaxtıdır".
 
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş 24 yanvar Beynəlxalq Təhsil Günü ilə əlaqədar müraciətində deyib.

O bildirib ki, təhsil təməl insan hüququdur: "Bu, cəmiyyət, iqtisadiyyat və hər bir fərdin potensialının bünövrəsidir. Lakin yetərli sərmayəsiz bu potensial hədər gedəcək. Bir sıra dövlət siyasətlərində və beynəlxalq əməkdaşlıq sənədlərində təhsilə bu qədər az diqqət yetirilməsi məni hər zaman təəccübləndirib. Builki Beynəlxalq Təhsil Gününün mövzusu bizlərə xatırladır ki, "insanlara sərmayə yatırarkən, təhsili prioritetləşdirməliyik”. Sərmayənin ayrılması 4-cü Dayanıqlı İnkişaf Məqsədinə nail olmaq üçün böyük əhəmiyyət kəsb edir. Ötən il Təhsilin transformasiyası sammitində bir araya gələn dünya liderləri təhsilalanların uğur qazanmaları üçün gərəkli bilik və bacarıqlara yiyələnmələrini təmin etmək məqsədilə təhsil sistemlərini yenidən nəzərdən keçiriblər. 130-dan çox ölkə universal keyfiyyətli təhsili dövlət siyasəti və sərmayələrin əsas sütunu etmək öhdəliyini götürüb. Təhsil sərmayələri üzrə fəaliyyətə çağırış və Təhsil üçün Beynəlxalq Maliyyə Fondunun yaradılması milli və beynəlxalq maliyyələşdirməyə yeni impuls verdi. Həmçinin bu Sammit böhran şəraitində təhsilə, qızların təhsilinə, təməl öyrənməyə, tədris metodlarının transformasiyasına, rəqəmsal alətlərə və yaşıl təhsil sistemlərinə dəstəyi səfərbər etmək üçün bir sıra qlobal təşəbbüslərə start verib. İndi isə bütün ölkələrin sammit zamanı götürdükləri öhdəlikləri bütün tələbələr üçün yararlı və inklüziv öyrənmə mühiti yaratmaq üçün konkret fəaliyyətlərə çevirmək vaxtıdır. İndi həmçinin təhsilə çıxışa mane olan və ayrı-seçkilik yaradan bütün qanunlar və praktikalara son qoymaq vaxtıdır".

Baş katib xüsusilə də Əfqanıstanın de-fakto rəhbərliyini qızların orta və ali təhsilə çıxışına qoyulmuş biabırçı və uğursuzluğa məhkum olan qadağanı aradan qaldırmağa çağırırıb: "Mən həmçinin dünya ölkələrini 2023-cü il DİM Sammiti və 2024-cü ildə baş tutacaq Gələcəyin Sammitinə hazırlıq prosesində təhsili ön plana çəkməyə çağırıram. Ən əsası, vətəndaş cəmiyyəti və gəncləri keyfiyyətli və inklüziv təhsil üçün daha çox sərmayənin yatırılmasına dair tələblərini davam etdirməyə çağırıram. Gəlin dəyişikliklər məşəlinin sönməsinə imkan verməyək. Gəlin, dünyada bərabər cəmiyyətləri, dinamik iqtisadiyyatları və təhsil alan hər kəsin arzularını dəstəkləyə biləcək təhsil sistemləri yaradaq".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qubada XTQ irsinin davamçılarına düşərgə təşkil olunub - VİDEO
19:45 02.07.2026
Qubada XTQ irsinin davamçılarına düşərgə təşkil olunub - VİDEO
Binəqədidə 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
19:41 02.07.2026
Binəqədidə 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
Suriya və Livan arasında razılaşma imzalanıb
19:23 02.07.2026
Suriya və Livan arasında razılaşma imzalanıb
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
19:07 02.07.2026
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
18:47 02.07.2026
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
18:42 02.07.2026
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
18:35 02.07.2026
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
18:22 02.07.2026
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
18:07 02.07.2026
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
17:55 02.07.2026
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
17:32 02.07.2026
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
17:11 02.07.2026
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
17:09 02.07.2026
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
“Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək”
16:53 02.07.2026
“Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək”
Teymur Musayevin müavinlərinin sayı artırıldı
16:48 02.07.2026
Teymur Musayevin müavinlərinin sayı artırıldı
Məktəblərdə telefon qadağasını zəruri edən səbəblər açıqlandı: “Bu, onların tərbiyəsinə mənfi təsir göstərirdi”
16:36 02.07.2026
Məktəblərdə telefon qadağasını zəruri edən səbəblər açıqlandı: “Bu, onların tərbiyəsinə mənfi təsir göstərirdi”