Yeni tətbiq edilən sistemdə vətəndaşların ən çox qarşılaşa biləcəyi problem nə ola bilər və bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
AZXEBER.COM xəbər verir ki, Globalinfo.az-a danışan səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis Nərmin Abbaslı deyib ki, hamiləlik və doğuma görə müavinətlərin elektronlaşdırılması Azərbaycanın rəqəmsal dövlət quruculuğu yolunda atdığı növbəti uğurlu addımdır:
"Lakin sistemin "insan amili” və texniki bazalar arasındakı uyğunsuzluqlar səbəbindən axsamaması üçün həm dövlət qurumları, həm işəgötürənlər, həm də vətəndaşlar daha diqqətli olmalıdırlar. Gələcək anaların bu həssas dövrdə əlavə qayğılarla qarşılaşmaması üçün rəqəmsal infrastrukturun insan yönümlü olması əsas şərtdir. Sistemin elektronlaşdırılmasına və avtomatlaşdırılmasına baxmayaraq, tətbiq prosesində bir neçə ciddi problemin yaranma ehtimalı var. Ən böyük risk fərqli dövlət qurumlarının bazaları arasındakı inteqrasiya xətaları ola bilər. Məsələn, həkimin sistemə daxil etdiyi məlumatla işəgötürənin əmək müqaviləsi bildirişindəki məlumatlar (soyadın dəyişməsi, iş stajı və ya əməkhaqqı məbləği) arasında ən kiçik uyğunsuzluq belə sistemin ödənişdən imtina etməsinə səbəb ola bilər”.
Nərmin Abbaslının fikrincə, yeni sistemdə işəgötürənlərin üzərinə böyük məsuliyyət düşür:
N.Abbaslı bildirib ki, elektron sistemin effektivliyini artırmaq və vətəndaş məmnuniyyətini təmin etmək üçün aşağıdakı qabaqlayıcı tədbirlər görülə bilər:











































